Sənədlər
Yarış qaydaları
Dünya Alpaqut Federasiyasının (DAF) Rəsmi Yarış Qaydaları, Azərbaycan dilində. Versiya 3.0, qüvvəyə minmə tarixi 19 may 2026. Qaydaları tam yükləyə və ya sizə lazım olan bölməni seçib ayrıca aça bilərsiniz.
PDFQüvvədədirRəsmi Yarış Qaydaları — tam mətn14 maddə, 5 disiplin və 5 əlavə · 59 səhifə · 2,3 MBYükləHər disiplinin qaydalarını səhifədə də oxuya bilərsiniz: AYÇA · BATUR · CAYMAZ · QURŞAK · KAÇUT.
Dövlət sənədləri
Alpaqut Turan Döyüş Sənətinin adı, əmtəə nişanı və müəllif hüququ Azərbaycan Respublikasının dövlət orqanlarında qeydiyyata alınıb. Sənədlər PDF formatındadır, şəxsi ünvan örtülüb.
Tarixçə və tədris
Alpaqutun yarış disiplinləri, 2014–2025-ci illərdə keçirilmiş beynəlxalq yarışlar və seminarlar, filiallar üçün vahid tədris planı.
Sənədlərin müəllif hüququ haqqında qeyd
Qeyd: Alpaqut Turan Döyüş Sənətinin sənədləri Azərbaycan Alpaqut Federasiyasına, Mərkəzinə, Klublarına, Filiallarına, dərnəklərinə, bölmələrinə aiddir. Bu sənədlər 16.09.2015-ci il tarixində Azərbaycan Respublikası Müəllif Hüquqları Dövlət Agentliyi tərəfindən 04/C-8157-15 saylı şəhadətnaməsinə əsasən qeydiyyata alınıb. Hər hansı bir idman təşkilatı (federasiya, klub, filial, bölmə) bu sənədləri kopyalayaraq və ya üzərində redaktə edərək istifadə edərsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 165-ci maddəsinə əsasən, müəlliflik hüququnu və ya əlaqəli hüquqları pozmağa görə məsuliyyət daşıyır.
- a) başqasının əsərini (hazırladığı sənədləri) öz adına çıxmaqla müəllifliyi mənimsəmə,
- b) əsərdən və ya əlaqəli hüquqlar obyektindən qeyri-qanuni istifadə, yəni qeyri-qanuni surətçıxartma, yayma, efirə vermə və s.
CM-nin 165-ci maddəsi:
Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli ziyan vurulmuşsa, minimum əmək haqqı məbləğinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər ilə cəzalandırılır.
165.2. Eyni əməllər:
165.2.1 Təkrar törədildikdə;
165.2.2 Qabaqcadan əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə tərəfindən törədildikdə minimum əmək haqqı məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Səhifə yenilənib: 27 sentyabr 2026