Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl
Disiplin · Məhdud kontakt

AYÇA

Aypara üslublu əl və ayaq zərbələri, ayaq süpürmələri və atış texnikalarını əhatə edən məhdud kontakt yarış formatı.

Məhdud kontakt nə deməkdir

AYÇA-da zərbələr tam güclə vurulur (8–13 yaşda başa ayaq zərbəsi istisnadır — yüngül toxunuş) — bu, yüngül kontakt və ya xal döyüşü deyil. «Məhdud» sözü gücə yox, hədəfə və şəraitə aiddir:

  • əllə başa vurmaq olmaz (ayaqla olar);
  • süpürmə və atışdan sonra yerdə vuruş yoxdur, mübarizə ayaq üstə aparılır;
  • bütün iştirakçılar tam qoruyucu ləvazimatla çıxır.
Nə olar, nə olmaz AYÇA disiplinində icazəli və qadağan hərəkətlər
İcazəlidir
  • Əl zərbəsi (yumruq) — yalnız gövdəyə — ön və yan tərəf
  • Ayaq zərbəsi (tepik) — başa, gövdəyə və buda
  • Diz zərbəsi — 18 yaş və yuxarı: yalnız gövdəyə
  • Atış və ayaq süpürməsi — ayaq üstə, 3 saniyə tutuş
  • Klinç — AYÇA texnikası və ya atış üçün
Qadağandır
  • Əl zərbələri başa
  • Boğaz, qasıq, oynaqlar və onurğaya zərbələr
  • Baldıra zərbə
  • Kürək və başın arxasına zərbələr
  • Yer mübarizəsi (yer güləşi, ağrı/boğucu texnikası)
  • Dirsək, baş və ya çiyinlə zərbə; açıq əl ilə şillələmə; dəbilqəni tutmaq
  • Dişləmə, saç tutma, barmaq sındırma
  • «BAŞLA»-dan əvvəl başlamaq; «DUR»-dan sonra davam etmək
  • Alpaqut salamından imtina; passiv və ya simulyasiya edilmiş mübarizə

İcazəli texnikalar

TexnikaİcazəMəhdudiyyət
Əl zərbəsi (yumruq)Yalnız gövdəyə icazəlidir — ön və yan tərəfBaşa, kürəyə, onurğaya qadağan
Ayaq zərbəsi (tepik)Başa, gövdəyə və buda icazəlidirBaldıra, boğaza, qasığa, oynaqlara, onurğaya və kürəyə qadağan
Diz zərbəsi18 yaş və yuxarı: yalnız gövdəyə icazəlidir18 yaşdan kiçik və Veteran — qadağan
Atış və ayaq süpürməsiAyaq üstə (3 saniyə tutuş); ayaqlara süpürmə və badalag icazəlidirYer mübarizəsi yoxdur
KlinçAYÇA texnikası və ya atış üçünTexnika gedirsə davam edə bilər; boş tutuş 3 saniyədən çox olarsa KINAK

Başa ayaq zərbəsi: 8–13 yaş

HalNəticə
Zərbə başa toxunur1 SARGUT — rəqib büdrəməsə belə
Rəqib zərbəni bloklayırXal verilmir
Rəqib bloklayır, amma büdrəyir və ya müvazinətini itirir1 SARGUT

8–13 yaş kateqoriyasında başa zərbə, nəticəsindən asılı olmayaraq, ACAR və UTKU gətirmir; tullanma və fırlanma zərbələri də daxil olmaqla yalnız 1 SARGUT qazandırır. Səbəb: 8–13 yaş kateqoriyalarında toxunuşun özü xal qazandırdığına görə, atletin başa sərt zərbə vurmasına ehtiyac qalmır — bu qayda uşaq və yeniyetmələri qoruyur.

Xal qaydaları

HərəkətŞərtXal
İcazəli zərbəRəqibi sarsıdan və ya balansını pozan1 SARGUT
Başa ayaq zərbəsi (8–13 yaş)Toxunuş qaydası ilə1 SARGUT
Atış və ya ayaq süpürməsiFəndlə icra olunur; atlet rəqibi yıxır və üstün vəziyyətdə qalır1 SARGUT
NokdaunZərbənin təsirindən rəqib yıxılır və ya anlıq döyüş qabiliyyətini itirir; 10 saniyəyədək ayağa qalxırACAR
NokautRəqib 10 saniyəyədək ayağa qalxa bilmirUTKU
Xal zənciri döyüş disiplinləri üçün vahid sistem
  1. SARGUT — 1 xalTexniki üstünlük: icazəli zərbə, süpürmə və ya atışın düzgün tətbiqi. Sarı kart.
  2. ACAR — 3 xalNokdaun və ya 3 SARGUT toplanması. Mavi kart.
  3. UTKU — qələbə kartıHesab 6 xala (2 ACAR) çatanda, nokautla, təslimlə və ya vaxtın sonunda xalla qalibə verilir. Qırmızı kart.

KINAK — cəza: xal qiyməti yoxdur, yalnız intizam və bərabərlik qiymətləndirməsində nəzərə alınır. Qara kart.

Disiplinə xas qeydlər

  • İki əlli klinç yalnız AYÇA (aypara) texnikası və ya atış üçün icazəlidir.
  • Texnika icra olunduğu müddətdə klinç davam edə bilər; texnikasız tutuş 3 saniyədən çox olarsa KINAK verilir.
  • Bir əllə klinçləyən atlet eyni nöqtəyə ardıcıl bir zərbədən artıq vura bilməz — zərbələr növbələnməlidir.

Döyüşün vaxtı

Yaş kateqoriyasıİlkin matçlarFinal matçlar
Uşaqlar (8–9 / 10–11 yaş)1 raund 2 dəq1 raund 3 dəq
Yeniyetmələr (12–13 / 14–15 yaş)1 raund 2 dəq1 raund 3 dəq
Gənclər (16–17 yaş)1 raund 2 dəq1 raund 3 dəq
Böyüklər (18–35 yaş)1 raund 3 dəq1 raund 3 dəq
Veteran A (36–40) və Veteran B (41+)1 raund 3 dəq1 raund 3 dəq

Qoruyucu avadanlıq

  1. yanaq qoruyucu dəbilqə
  2. əlcəklər / yarım əlcəklər
  3. diş qoruyucu və qasıq qoruyucu
  4. sinə qoruyucu — 15 yaş daxil olmaqla bütün atletlərdə məcburi; 16 yaşdan etibarən kişi atletlərdə istifadə olunmur, qadın atletlərdə isə bütün yaş qruplarında məcburidir
  5. ayaq qoruyucular

Yaş və çəki kateqoriyaları

Bu çəki kateqoriyaları AYÇA, BATUR, CAYMAZ və QURŞAK disiplinlərinə aiddir. Cədvəldə yalnız üst hədd yazılır: «25» — 25 kq-a qədər, həmin çəki də daxil.

Cədvəli aç
Yaş qrupuKişiQadın
Uşaqlar — 8–9 yaş25 / 30 / 35 / 40 / +40 (maks. 50) kq25 / 30 / 35 / +35 (maks. 45) kq
Uşaqlar — 10–11 yaş30 / 35 / 40 / 45 / +45 (maks. 55) kq30 / 35 / 40 / +40 (maks. 50) kq
Yeniyetmələr — 12–13 yaş35 / 40 / 45 / 50 / +50 (maks. 60) kq35 / 40 / 45 / +45 (maks. 55) kq
Yeniyetmələr — 14–15 yaş40 / 45 / 50 / 55 / 60 / 65 / +65 (maks. 75) kq40 / 45 / 50 / 55 / +55 (maks. 65) kq
Gənclər — 16–17 yaş50 / 55 / 60 / 65 / 70 / 75 / 80 / +80 (maks. 90) kq45 / 50 / 55 / 60 / +60 (maks. 70) kq
Böyüklər — 18–35 yaş55 / 60 / 65 / 70 / 75 / 80 / 85 / +85 kq (üst hədd yoxdur)55 / 60 / 65 / 70 / +70 kq (üst hədd yoxdur)
Veteran — A: 36–40 yaş / B: 41+ yaş55 / 60 / 65 / 70 / 75 / 80 / 85 / +85 kq (üst hədd yoxdur)55 / 60 / 65 / 70 / +70 kq (üst hədd yoxdur)

Rəsmi sənəd

Rəsmi Yarış Qaydaları — AYÇA bölməsi Dünya Alpaqut Federasiyası · Versiya 3.0 · qüvvəyə minib: 19 may 2026 · PDF, 367 KB Qüvvədədir

Bu səhifə qaydaların qısa izahıdır. Mübahisəli halda rəsmi sənədin mətni əsas götürülür. Qaydaların tam mətni və bütün bölmələr

Məsul şəxslər

Qarşıdakı yarışlar

AYÇA ilə məşğul olmaq istəyirsiniz?

Yaxın filialı seçin və müraciət göndərin — məşqçi sizinlə əlaqə saxlayacaq.

Məşqə yazıl