İdarə Heyəti
İdarə Heyəti federasiyanın fəaliyyətinə dair qərarlar qəbul edib Prezidentə göndərir. Prezident qərara baxır: onu qəbul edir və ya səbəbini əsaslandıraraq geri qaytarır. Gündəlik işi İcraiyyə Komitəsi aparır.
Heyətin tərkibi


İdarə Heyətinin üzvü








İdarə Heyətinin sədri
Nizami Ağayev
TUN TEGİN, V SAN
10 yaşından güləşlə, 2017-ci ildən isə Alpaqutla məşğuldur. Veteranlar arasında dünya çempionu, dəfələrlə Azərbaycan çempionu, Azərbaycan kubokunun və Prezident kubokunun qalibidir. Beynəlxalq dərəcəli hakimdir. Bütün yaş qrupları ilə işləyir. Məşqdə əsas diqqəti iradəyə, dözümlülüyə və sağlamlığa yönəldir.
Nailiyyətlər
- 2018 — I Dünya Çempionatı, veteranlar arasında, Disiplin: BATUR — qızıl medal
- 2019 — II Dünya Çempionatı, veteranlar arasında, Disiplin: BATUR — qızıl medal
- Dəfələrlə veteranlar arasında Azərbaycan çempionu
- Veteranlar arasında Azərbaycan kubokunun qalibi
- Veteranlar arasında Prezident kubokunun qalibi

Prezident, İdarə Heyətinin üzvü
Tural Abasquliyev

İdarə Heyətinin üzvü
Rafiq Qasımov
KÜRŞAD, VII SAN
1992-ci ildə Orucov İlqar Miryusif oğlunun rəhbərliyi ilə əlbəyaxa döyüş və özünümüdafiə ilə məşğul olmağa başlamışam. Sonra Rasim Eyvazovun tələbəsi olmuşam, free fight, kikboksinq və mix fight kimi döyüş növləri ilə məşğul olmuş, bu növlər üzrə yarışlarda iştirak etmişəm. 2004-cü ildən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində döyüş sambosu ilə məşğul olmuşam.
2015-ci ildən isə Azərbaycanda və dünyada Alpaqut Turan Döyüş Sənətinin təbliğatı və təlimi ilə məşğulam.
Nailiyyətlər
- Azərbaycan Respublikasının İdman Ustası

İdarə Heyətinin üzvü
Nuranə Şıxəliyeva

İdarə Heyətinin üzvü
Qabil Hüseynov
YABGU, VIII SAN
7 yaşımda — sambo (məşqçi Aleksandr Aleksandroviç) 11 yaşımda — karate-kombat (məşqçi Ramiz Bədəlov) 22 yaşımda — əlbəyaxa döyüş (məşqçi Rəsul Məmmədov) 25 yaşımda — BJJ (məşqçilər Burak Deyer, Eduardo Cariello) 37 yaşımda — Alpaqut (məşqçi KUTSAN Vasif Namazov)
Alpaqut Turan Döyüş Sənətini KUTSAN Vasif Namazovdan öyrənmişəm.
Nailiyyətlər
- 2019 — hakim
- 2022-ci ildən — beynəlxalq dərəcəli hakim

İdarə Heyətinin üzvü
Cəfər Cəfərsoy

İdarə Heyətinin üzvü
Elsəvər Puri
TEGİN, IV SAN
Hazırda Bakı İstanbul Liseyində bədən tərbiyəsi müəllimidir. Döyüş idman növləri üzrə respublika və beynəlxalq yarışlarda dəfələrlə qalib və mükafatçı olub. Alpaqut üzrə beynəlxalq dərəcəli hakimdir (SINAYÇI, ATAMAN dərəcəsi). Eyni zamanda IV SAN (TEGİN) dərəcəsinə sahibdir.
Nailiyyətlər
- 2017 — Alpaqut üzrə Dünya kubokunun qalibi
- 2018 — Alpaqut üzrə Dünya kubokunun mükafatçısı

İdarə Heyətinin üzvü
Əli Hacıyev

İdarə Heyətinin üzvü
Kənan Quliyev
TUN TEGİN, V SAN
2000-ci ildə döyüş idman növləri ilə məşğul olmağa başlamışam. 2015-ci ildə KUTSAN Vasif Namazovla tanış olmuşam, Alpaqut üzrə seminarlarda iştirak edərək məşqçi-təlimatçı dərəcəsinə layiq görülmüşəm.
Bütün yaş qrupları ilə məşq keçirəm. Məşqdə əsas diqqəti yüksək nizam-intizama, uşaqların vətənpərvər və sağlam ruhda böyüməsinə, gənclərin milli adət-ənənələrə sadiq qalmasına yönəldirəm.
Nailiyyətlər
- Avrasiya çempionu