DAF

Dünya Alpaqut Federasiyası
Dünya Alpaqut Federasiyası (qısaca WAF) Alpaqut döyüş sənətini təbliğ etmək və digər ölkələrdə Alpaqut klublarını və federasiyalarını idarə etmək məqsədilə yaradılmış beynəlxalq qeyri-kommersiya və qeyri-hökumət idman təşkilatıdır.
Alpaqutun tanınması
Alpaqut idman növü kimi aşağıdakı beynəlxalq idman təşkilatları tərəfindən rəsmən tanınır.
- Beynəlxalq Etnospor Konfederasiyası — İstanbul; Bilal Erdoğanın rəhbərliyi ilə təsis qurultayında Vasif Namazov Alpaqutu təqdim etdi7–8 okt 2017
- Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE) — Berlin, Almaniya24.05.2022
- Beynəlxalq «İdman Hamı üçün» Assosiasiyası (TAFISA) — Düsseldorf, Almaniya07.12.2022
- Beynəlxalq Etno Oyunlar Konfederasiyası (NomadGames) — Bişkek, Qırğızıstan01.05.2023
- Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (FairPlay) — Paris, Fransa10.05.2023
- Beynəlxalq İdman Şəbəkəsi Təşkilatı (ISNO) — Bern, İsveçrə26.11.2023
- Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatına qeydiyyat
Beynəlxalq yarışları
| S/s | Yarış | Yer | Tarix |
|---|---|---|---|
| 1 | Qara Dəniz Kuboku | Gürcüstan / Ozurgeti | 20–24.07.2014 |
| 2 | Qara Dəniz Kuboku | Gürcüstan / Ozurgeti | 24–28.07.2015 |
| 3 | Xəzər Kuboku | Azərbaycan / Qusar | 6–9.09.2015 |
| 4 | Avroasiya Kuboku | Gürcüstan / Batumi | 14–18.04.2016 |
| 5 | Dünya Kuboku | Gürcüstan / Ozurgeti | 24–28.09.2016 |
| 6 | Dünya Kuboku | Azərbaycan / Bakı | 24–25.10.2017 |
| 7 | 1-ci Dünya çempionatı | Azərbaycan / Bakı | 24–25.11.2018 |
| 8 | 2-ci Dünya çempionatı | Azərbaycan / Bakı | 22–24.11.2019 |
| 9 | Avroasiya çempionatı | Türkiyə / Bursa | 20–21.11.2021 |
| 10 | Dünya Kuboku | Türkiyə / Bursa | 10–12.05.2022 |
| 11 | 3-cü Dünya çempionatı | Türkiyə / Bursa | 1–4.12.2022 |
| 12 | Beynəlxalq turnir | Hindistan / Mumbay | 17–18.12.2022 |
| 13 | 4-cü Dünya çempionatı | Türkiyə / Bursa | 1–4.12.2023 |
Beynəlxalq seminarları
| S/s | Seminar | Yer | Tarix |
|---|---|---|---|
| 1 | Gürcüstan seminarı | Gürcüstan / Ozurgeti | 22.07.2014 |
| 2 | Türkiyə seminarı | Türkiyə / Bursa | 26.05.2016 |
| 3 | Hindistan seminarı | Hindistan / Mumbay | 05.05.2017 |
| 4 | Türkiyə seminarı | Türkiyə / Bursa | 11.05.2019 |
| 5 | Azərbaycan seminarı | Azərbaycan / Bakı | 20.05.2020 |
| 6 | Azərbaycan seminarı | Azərbaycan / Bakı | 30.05.2022 |
| 7 | Hindistan seminarı | Hindistan / Mumbay | 17.12.2022 |
| 8 | Qazaxıstan seminarı | Qazaxıstan / Almatı | 02.10.2023 |
Dünyada yayılma
50+ ölkə
Dünya Alpaqut Federasiyasının lisenziyası əsasında 50-dən çox ölkədə rəsmi və müvəqqəti nümayəndələr — milli federasiyalar, assosiasiyalar, klublar və təşkilatlar fəaliyyət göstərir. Dünyadakı Alpaqut nümayəndələri