Məxfilik siyasəti
Saytdakı formalar hansı məlumatı toplayır, məlumat kimə gedir, necə qorunur və nə qədər saxlanır.
Son yenilənmə: 7 Oktyabr 2026
Bu səhifə Azərbaycan Alpaqut Federasiyasının (AAF) alpagut.az saytında hansı fərdi məlumatları topladığını, nə üçün işlətdiyini, kimə göndərdiyini və necə qoruduğunu izah edir. Məlumatlar Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» Qanununa (11 may 2010-cu il, № 998-IIIQ) uyğun işlənir.
- FormaYalnız müraciətə baxmaq üçün lazım olan məlumat soruşulur. Qeydiyyat və üzvlük formalarında razılığınızı ayrıca təsdiq edirsiniz.
- Kimə gedirFederasiyaya və müraciətinizə cavab verəcək şəxsə: məşqçiyə və ya imtahan komissiyasına.
- Harada saxlanırSaytın qapalı idarə panelində; bildiriş kimi e-poçtla da gedir. Sənədlər və imza saytın açıq qovluğundan kənarda saxlanır.
- SilinməSaxlama müddəti bitəndə və ya siz istəyəndə məlumat silinir, saytda göstərilən məlumat götürülür.
Hansı forma nə soruşur
Məlumat nə üçün işlədilir
- Müraciətinizə baxmaq və sizinlə əlaqə saxlamaq üçün.
- Filial və məşqçi qeydiyyatını təsdiqləmək və razılığınızla saytda göstərmək üçün.
- Yarış, seminar və imtahanları təşkil etmək üçün.
- Üzvlük kartı, dərəcə və lisenziya sənədləri üçün Dünya Alpaqut Federasiyasına (DAF) ötürmək üçün.
Məlumat reklam üçün işlədilmir və heç kimə satılmır.
Məlumatı kim görür
- Federasiyanın səlahiyyətli əməkdaşları.
- Məşqə yazılmada — seçdiyiniz filialın məşqçiləri; imtahana yazılmada — imtahan komissiyası.
- Dünya Alpaqut Federasiyası — üzvlük kartı, dərəcə və lisenziya sənədi üçün lazım olan qədər.
- Qanunla tələb olunduqda — səlahiyyətli dövlət orqanları.
Başqa üçüncü şəxsə məlumat verilmir.
Uşaqların məlumatı
Uşağı məşqə valideyn, imtahana isə məşqçi yazır. Uşaq haqqında yalnız lazım olan məlumat soruşulur: ad, yaş və ya doğum ili, dərəcə. Məşqə və imtahana yazılma formaları ilə göndərilən uşaq məlumatı saytda dərc olunmur.
Məşqçi öz idmançılarının siyahısını kabinetdə aparır. 18 yaşdan kiçik idmançının səhifəsi saytda yalnız valideyn razı olanda açılır; razılıq olmayanda onu yalnız məşqçi və federasiya görür. Valideyn istəsə, səhifə bağlanır — bunun üçün məşqçiyə və ya federasiyaya demək kifayətdir.
Üzvlük vəsiqəsi üçün məşqçi idmançının şəklini, ata adını, doğum tarixini, FİN kodunu və dərəcəsini federasiyaya göndərir. Şəkil və doğum tarixi yalnız vəsiqənin üstündə olur. FİN kod vəsiqəyə yazılmır, yalnız federasiyanın qeydində saxlanır. Yazılanı yoxlamaq üçün idmançının şəxsiyyət vəsiqəsinin və ya doğum şəhadətnaməsinin şəkli də göndərilir; o, yalnız federasiyanın qeydində saxlanır. Bunların heç biri saytda dərc olunmur. Vəsiqədəki QR kod oxunanda yalnız ad, soyad, filial, dərəcə və vəsiqənin etibarlılıq müddəti görünür.
Yarışların yekun nəticələri saytda dərc olunur: mükafatçının adı, komandası və tutduğu yer. Doğum tarixi və şəkil dərc olunmur.
Məlumat necə qorunur
- Sayta bağlantı şifrələnir (HTTPS).
- Müraciətlər saytın qapalı idarə panelində saxlanır; onları yalnız səlahiyyətli şəxslər görür. Müraciət barədə bildiriş federasiyanın və cavab verəcək şəxsin e-poçtuna göndərilir.
- Şəxsiyyət vəsiqəsi, təhsil sənədi, imza və üzvlük vəsiqəsi üçün göndərilən şəkil saytın açıq qovluğundan kənarda saxlanır və yalnız idarə panelindən açılır.
- Saytın ehtiyat nüsxəsi şifrələnmiş şəkildə saxlanır.
- Sayt hostinq şirkətinin serverlərində yerləşir.
Kukilər və kənar xidmətlər
Sayt ziyarətlərin sayını öyrənmək üçün Google Analytics xidmətini işlədir. Bu xidmət brauzerinizə kuki (kiçik fayl) yazır; sizi adınızla tanımır. Kukiləri brauzerin ayarlarından silmək və ya bağlamaq olar.
Bəzi səhifələrdə xəritə Google Maps və OpenStreetMap xidmətlərindən, videolar isə YouTube-dan açılır. Bu xidmətlərin öz məxfilik qaydaları var.
Məlumat nə qədər saxlanır
- Müraciətlər (məşqə və imtahana yazılma, əlaqə forması, Gənclər Şəbəkəsi) — 3 il, sonra silinir.
- Qeydiyyatla göndərilən sənədlər (şəxsiyyət vəsiqəsi, təhsil sənədi) — qeydiyyata baxılandan 1 il sonra silinir.
- Üzvlük ərizəsi — üzvlük davam etdikcə və bitəndən sonra 3 il.
- Saytda göstərilən filial və məşqçi məlumatı — fəaliyyət davam etdikcə.
- İdmançı siyahısı — idmançı məşqə davam etdikcə; siyahıdan çıxarılandan sonra səhifəsi bağlanır, qeyd 3 il sonra silinir.
- Üzvlük vəsiqəsi üçün göndərilən şəkil, sənədin şəkli, doğum tarixi və FİN kod — vəsiqə etibarlı olduqca və müddəti bitəndən sonra 3 il, sonra silinir.
Hüquqlarınız
Siz haqqınızda hansı məlumatın saxlandığını öyrənə, səhvi düzəltdirə, məlumatın silinməsini və ya saytdan götürülməsini istəyə, verdiyiniz razılığı geri götürə bilərsiniz. Bunun üçün bizə yazın; ən geci 10 iş günü ərzində cavab veririk.
Sualınız var?
Azərbaycan Alpaqut Federasiyası · Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 4