Məşqçi qeydiyyatı
Alpaqut filiallarının məşqçiləri üçün: qeydiyyat, tələb olunan sənədlər və Məşqçinin İltizamı
Alpaqut filialında məşq keçirirsinizsə, məşqçi kimi qeydiyyatdan keçin. Əvvəlcə filial rəhbəri filialı qeydiyyatdan keçirir, sonra filialın hər məşqçisi bu formanı doldurur. Federasiya təsdiq edəndən sonra Alpaqut çapanındakı şəkliniz, idman bioqrafiyanız və məşq haqqınız filial səhifəsində avtomatik görünəcək.
Tələb olunan sənədlər
Filial səhifəsində göstəriləcək portret: məşqçi Alpaqut çapanında, üzü aydın görünür, fon sadədir.
Məşqçinin şəxsiyyətini təsdiq edən sənəd (məsələn, pasport, şəxsiyyət vəsiqəsi).
Alpaqut idmanı üzrə müvafiq təhsilini təsdiq edən diplom və ya sertifikat (məsələn, məşqçi ixtisası üzrə).
Bu sənədlər məşqçinin fəaliyyətinin qanuni, etik və peşəkar standartlara uyğun olduğunu təmin etmək məqsədini güdür. Təlim və tədris planı məşqçidən istənilmir: onu Azərbaycan Alpaqut Federasiyası bütün filiallar üçün vahid standart kimi hazırlayır.
Məşqçinin İltizamı
Azərbaycan Respublikası ərazisində Alpaqut İdman növünün təlim və tədris fəaliyyəti ilə məşğul olan
MƏŞQÇİNİN İLTİZAMI
Mən, ad, soyad, ata adı, Alpaqut idman növü üzrə məşqçi kimi fəaliyyət göstərmək məqsədilə aşağıdakı iltizamı qəbul edirəm:
- Alpaqut İdmanının Təbliği: Mən, Alpaqut idmanının tarixi, mədəniyyəti, ənənələri, fəlsəfəsi və ümumbəşəri prinsiplərini dərindən öyrənəcək, bu dəyərləri daim qoruyub saxlayacaq və idmançılara aşılamağa sadiqəm.
- Könüllü Fəaliyyət: Məşqçi kimi fəaliyyətimi könüllü əsaslarla, Alpaqut Mərkəzindən heç bir maddi mükafat almadan və Alpaqut Mərkəzinə heç bir ödəmə etmədən yerinə yetirəcəyimi təsdiq edirəm.
- Peşəkarlıq və Standartlar: Alpaqut idmanı üzrə yüksək ixtisaslı və peşəkar məşqçi olacağam. Təlim və tədris proseslərini beynəlxalq standartlara, federasiyanın qaydalarına və idmançıların təhlükəsizlik tələblərinə tam uyğun şəkildə quracağam.
- İdmançıların İnkişafı: İdmançılarımın fiziki, texniki, taktiki, psixoloji, intellektual və mənəvi inkişafına xüsusi diqqət yetirəcəyəm. Onların potensialını tam açıb göstərməsi üçün bütün resurslarımı səfərbər edəcəyəm.
- Etik Davranış: Məşqçi olaraq, idmançılara qarşı ədalətli, hörmətli, qayğıkeş, etik davranış sərgiləyəcəyimə, nümunəvi münasibət göstərəcəyimə və onların rifahını ön planda tutacağıma söz verirəm.
- Məsuliyyət: Məşqçi olaraq, idmançıların təhlükəsizliyini təmin etmək, məşq prosesini peşəkarcasına təşkil etmək və onların inkişafını izləmək məsuliyyətini üzərimə götürürəm.
- Məqsəd: Fəaliyyətimin məqsədinin Alpaqut idmanını təbliğ etmək, gəncləri bu idman növünə cəlb etmək və onların sağlam həyat tərzini seçmələrinə dəstək vermək olduğunu qəbul edirəm.
- Alpaqut İdmanının Təbliği: Alpaqut idmanının ölkə miqyasında və beynəlxalq aləmdə tanınmasına, təbliğinə, inkişafına və tərəqqisinə öz töhfəmi verəcəyəm. Bu istiqamətdə hərtərəfli təbliğat, təşkilati və inzibati işlər görəcəyəm.
- Özünütəkmilləşdirmə: Öz peşəkar bilik, bacarıq və səriştələrimi daim təkmilləşdirəcəyəm. Yeni texnologiyalar, tədris metodları və idman elmi yanaşmaları öyrənərək, səmərəli, innovativ və müasir məşqçi olmağa çalışacağam.
- Komanda Ruhunda Əməkdaşlıq və Koordinasiya: Federasiya və digər məşqçi həmkarlarımla sıx, əlaqəli və yaradıcı şəkildə əməkdaşlıq edərək, idmançılarımızın uğurlarına aparan birgə fəaliyyətləri səmərəli quracağam.
- Qanunlara Hörmət və Məsuliyyət: Fəaliyyətimi Azərbaycan Respublikası qanunları çərçivəsində həyata keçirəcəyimi, əks təqdirdə qanunamüvafiq qaydada məsuliyyət daşımağa hazıram.
Bu iltizamı qəbul edərək, Alpaqut idmanının inkişafına, idmançılarımızın uğurlarına və Azərbaycan Alpaqut Federasiyasının məqsədlərinə tam sadiq olduğumu təsdiq edirəm.
İltizamın PDF nüsxəsi · 413 KB