Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə iştirak etdik

· 1 dəqiqəlik oxu

IMG

1 iyun uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar olaraq Sahil bağında tədbirlər keçirilib. Tədbir Azərbaycanda uşaq və gənclərin problemlərinə cəmiyyətin diqqətini cəlb etmək,gələcəyimiz olan uşaqların sağlam və savadlı böyüməsi məqsədi daşıyırdı. Bayramla əlaqədar Səbail rayon İcra Hakimiyyəti Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və “World Vision International” təşkilatının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə 219 saylı Evdə-məktəbin şagirdlərinin, həmçinin  rayonun aztəminatlı ailələrinin uşaqları üçün «Sahil bağı»nda əyləncəli bayram tədbiri keçirilib.Tədbirdə Federasiyasının gənc idmançılarının iştirakı ilə nümunəvi çıxışlar nümayiş etdirildi. Uşaqlar çox böyük həvəslə əldə etdikləri bilikləri ətrafdakı insanlara çatdırdılar.

Bu tədbirin bütün fotoları (28)

Paylaş: Facebook WhatsApp Telegram X