Ağdamda şəhidlərin xatirəsinə açıq Alpaqut turniri keçirilib

31 oktyabr 2026-cı il tarixində Ağdam Olimpiya İdman Kompleksində şəhidlərin xatirəsinə həsr olunmuş açıq Alpaqut turniri keçirilib. Turnir Qarabağ Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi, Azərbaycan Alpaqut Federasiyasının Qarabağ Regional Nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.
Yarış Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ithaf olunub.
Turnir açıq formatda təşkil olunub və istənilən Alpaqut komandasının qatılmasına imkan verilib. Uşaqlar, yeniyetmələr və gənclər meydana çıxaraq güc, iradə və ustalıqlarını nümayiş etdiriblər.
Ağdamda keçirilən bu turnir həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də Qarabağda gənclər arasında idmanın inkişafına töhfədir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.






