10404_378515118916839_978508524_nFederasiyasının İdmançıları, Ukraynanın Odessa şəhərində keçirilən “Qara Dəniz Kuboku” uğrunda beynəlxalq Kombat döyüş növləri üzrə uğurlar əldə etdilər. Self-Defence sistemi üzrə Nəsirov Murad 1 yer, Arzu Eyvazova 2-yer, Puri Elsəvər 3 yer qazandı. Əlavə olaraq Fri Kombat versiyasında yeni döyüşən idmançılarımız hər üçü bürünc medalla kifayətləniblər. Komanda federasiyanın prezidenti Vasif Namazovun rəhbərliyi altında yarışda iştirak edib. Qeyd edək ki, yarışdan öncə keçirilmiş seminar və imtahan zamanı Dünya Kombat Döyüş Federasiyasının prezidenti DAN SEVERN (10-dan) tərəfindən Vasif Namazov 4 dan beynəlxalq dərəcəli idman ustası adına layiq görülüb.

1044193_378521168916234_1616096119_n   947176_378507772250907_432080799_n   1044075_378516308916720_813032360_n

Qeyd: Bu beynəlxalq seminar və yarışda komandaya “Gələcəyə Baxış” içtimai hərəkatının həmsədri Əhməd Paşayev, Federasiyasının vitse prezidenti Fərid Əlizadə tərəfindən maddi köməklik göstərilmişdir.