582098_364322437002774_1617110625_n

1918-ci il, 28 mayda  müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü ilə bağlı «Gələcəyə Baxış» İctimai Hərəkatı, “Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyi, “Narkomaniyaya qarşı Mübarizə” İçtimai Birliyinin dəstəyi  və Beynəlxalq Ticarət Mərkəzinin sponsorluğu ilə təşkil olunan Türk döyüş sənəti üzrə turnir baş tutub.

430161_364322450336106_208093790_nTurnirdə Bakının ( Suraxanı, Sabunçu, Nərimanov, Binəqədi, Yasamal) Sumqayıt, Neftçala, Xaçmaz, Şuşa, Agcəbədi və «Azər Eyvazov adına idman klubu” komandalarından 16-17 yaş və 18+ yaşlardan  ibarət 100 nəfər seçmə idmançı iştirak etdi.

Yarışın açılış mərasimində ilk sözü alan  Federasiyanın idarə heyyətinin sədri və «Gələcəyə Baxış» İctimai Hərəkatın həmsədri Vasif Namazov qonaqları salamladı və 28 may Respublika günü ilə əlaqədar iştirakçıları bayram münasibəti ilə təbrik edərək bildirdi ki,  “Türk Xalqlarının milli Döyüş sənətini  ölkəmizdə dəstəkləyən içtimai siyasi xadimlərin sayı günü-gündən artmaqdadır. Buda bizim dayanmadan öz komandamızla sistemli şəkildə apardığımız işlə bağlı olan uğurumuzdu. Bu günki yarışın məqsədi 28 may Respublika gününu qeyd etməkdir. Dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində bütün ictimai təşkilatları milli döyüş sənətinə dəstək verməyə çağırıram. Bu mötəbər turnir  çox səviyyəli keçdi. Bu işdə müəllimlərin və hazırlanmış hakimlərin zəhməti danılmazdı. Hamıya dərin təşəkkürümü bildirirəm.

Daha sonra  Azərbaycanın Milli Qəhrəmanı Arif Məhərrəmov, A.G.A.T sədri Gülsel Səfərova, “Gələcəyə Baxış” İctimai Hərəkatının həmsədri Əhməd Paşayev,  “Türk Hərəkatı” içtimai birliyi Həbib Ələkbərsoy,  “Narkomaniyaya qarşı Mübarizə” İçtimai Birliyinin sədri Azər Mustafayev, A.G.A.T sədr müavini Nərgiz Xələf  söz alaraq gənclərin sağlamlığı üçün idmanla məşğul olmağın vacibliyindən və dövlətimizin bu sahədə apardığı məqsədyönlü siyasətdən çıxış edtilər.

485458_364323483669336_942344717_n

Rəsmi hissənin sonunda  Federasiyasının baş məşqçisi Vasif Namazov  döyüş səhnəsinə çıxaraq Türk döyüş sənətinin fərqliliklərindən, texnikalarından və üstünlüklərindən danışdı və sonra asistenləri ilə müxtəlif nümunəvi çıxışlar göstərdi.

Sonda bədii hissə başlandı. Savalan qrupu, populyar mügənni Tacir Şahmaloğlu, Tunar, Aybəniz Çələbi tədbirdə əsl bayram əhval ruhiyyəsi yaratdı.