1014407_215650538589156_685509915_nÜmidli Gələcək Gənclər Təşkilatı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi,Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə regionlarda çətin şəraitdə yaşayan, yay tətili günlərini səmərəli keçirmək imkanına malik olmayan uşaq və gənclər üçün “Şən-İdman Avtobusu” Layihəsi həyata keçirilir.Layihə çərçivəsində Azərbaycanın 4 rayonunda (Ağdam, Tərtər, Ağcabədi, Goranboy) yaşayan əsasən qaçqın və köçkün ailələrdən olan uşaq və gənclərin yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən layihə artıq Tərtər və Ağcabədi rayonlarında baş tutmuşdur.Ağcabədi rayonunda baş tutan layihə rayonun bir neçə tam orta məktəbində, Rayon mərkəzində məskunlaşan Xocavənd rayon 2 saylı tam orta məktəbində,Arazbarı,Minaxorlu,Qiyamadınlı kənd orta məktəblərində keçirilmişdir.

Qeyd etmək istərdik ki, Layihənin aparıcı təlimatçısı  Federasiyanın qadın məşqçisi 1 -ci san qara kəmər ustası Gülnaz Rəsulovadır.