DSC_0652

20 oktyabr 2013 cü il, Qazax Olimpia İdman Kompleksində 18 oktyabr müstəqillik gününə həsr olunmuş Uşaq, Yeniyetmələr və Gənclər arasında  respublika turniri keçirildi. Turmirdə Bakının (Suraxanı, Nərimanov, Binəqədi ) Sumqayıt, Qazax,  Aqstafa, Neftçala,  Xaçmaz, Agcəbədi, Gəncə (aşixara karate), Göygöl ( aşixara karate) və  Goranboy” komandalarından ibarət 120 nəfər idmançı iştirak edirdi.

Yarışın açılış mərasimi saat 15:00 da başladı. İlk söz alan Qazax rayon filialının sədri Əmralı Osmanov qonaqları salamlayaraq, zəhmət çəkib gələn komandalara minnətdarlığını bildirdi.  Sonra Göy-göl Aşihara komandasının məşqçisi Cavid Əsgərov söz alaraq idmançılara uğurlar arzu etdi və yarışı təşkil edən zəhmət çəkən hər kəsə təşəkkürünü bildirdi.

Sonda Federasiyanın prezidenti Vasif Namazov çıxış etdi.  O bütün idmançılara uğurlar arzu edərək. İştirak edən bütün komandalara təşəkkürünü bildirdi və qonaq qismində iştirak edən Aşihara komandalarına xüsusi təşəkkür bildirdi. Qazax filialının rəhbəri Əmralı Osmanova yarışın təşkil olunmasında minnətdarlığını bildirdi.

 

DSC_0420  DSC_0608  DSC_0429 DSC_0612