Dünya şöhrətli Azərbaycan yazıçısı, Çingiz Abdullayev Türk Döyüş Sənəti- Federasiyasının fəxri üzvü seçilib.
Bu gün Federasiyanın rəhbərliyi dünya şöhrətli detektiv yazıçılarımızdan Çingiz Abdullayevi ilə görüş keçiriblər. Görüşdə Federasiyasının prezidenti Vasif Namazov, vitse-prezidentlər Fərid Əlizadə və Musa Abdullayev iştirak ediblər.
Görüş maraqlı fikir mübadiləsi ilə keçib. Federasiya rəhbərliyi milli idman növünün ölkəmizdə fəaliyyəti ilə bağlı məşhur yazıçıya ətraflı məlumat verərək, yazıçıya qurumun fəxri üzvü seçilməsinə razılıq verdiyi üçün xüsusi təşəkkürlərini çatdırıblar. Məşhur yazıçı isə çıxışında Azərbaycanda türk döyüş sənətini inkişaf etdirən, milli adət-ənənələri təbliğatını aparan, belə bir milli idman təşkilatının fəaliyyətindən məmnun olduğunu diqqətə çatdıraraq, bu işlərin davamı və sistemli aparmağın zərurliyini bildirib.
Sonda Federasiyanın Fəxri Üzv diplomu Çingiz müəllimə təqdim olunub. Məhşür yazıcı bu diqqətə görə federasiya rəhbərliyinə təşəkkür etmiş və onlara fəaliyyətində uğurlar arzulayıb.