1463170_592838144099118_1313940172_nAzərbaycan Respublikasının xalq şairi, Əməkdar incəsənət xadimi  Fikrət  Qoca , Türk Döyüş Sənəti Federasiyasının fəxri üzvü seçilib.

18.11.2013-cü il tarixində  Federasiyanın rəhbərliyi xalq şairi, Əməkdar incəsənət xadimi Fikrət Qoca ilə görüş keçiriblər. Görüşdə Federasiyanın prezidenti Vasif Namazov, vitse-prezidentlər Fərid Əlizadə və Musa Abdullayev iştirak ediblər.

 Görüş səmimi dialoq qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Federasiya rəhbərliyi türk döyüş sənətinin  ölkəmizdə fəaliyyəti ilə bağlı tanınmış şairə ətraflı məlumat verib. Daha sonra Fikrət müəllim qurumun fəxri üzvü seçilməsinə razılıq verdiyi üçün xüsusi təşəkkürlərini çatdırıblar. Şair isə çıxışında Azərbaycanda türk döyüş sənətini inkişaf etdirən, milli adət-ənənələri sadiq qalan, belə bir milli idman təşkilatını tanımaqdan  məmnun olduğunu qeyd edərək, fəaliyyətlə bağlı bir neçə tövsiyələrini verib.

Sonda Federasiyanın Fəxri Üzv diplomu Fikrət Qocaya təqdim olunub. Şair  bu diqqətə görə federasiya rəhbərliyinə təşəkkür edərək, onlara fəaliyyətində uğurlar  arzulayıb.

Fikrət Qoca

Xalq şairi

Ürəyin istəyi  və ağlın nəzarəti ilə idmanın hansı növü ilə məşğul olsan sənə xeyirdir. Nəticəsiz və məqsədsiz etdiyin idman havaya sovurduğun enerjidir, nə vaxtsa həyatında həmin enerjinin çatmadığını hiss edəcəksən. Hərəkət ağlı, ağıl hərəkəti tamamlamalıdır. Yeni tanış olduğum “Türk döyüş sənəti” və Federasiyanın rəhbərliyi prezidenti Vasif Namazov, vitse-prezidentləri Fərid Alizadə və Musa Abdullayev məndə ruh yüksəkliyi yaratdı. İdmanımızın yeni mərhələyə keçdiyinə, yeni müstəvidə inkişaf etdiyinə inam yaratdı. Bu, zəfər yoludur.

i