Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Federasiyasının idmançıları Gül bayramında nümunəvi çıxışla iştirak etdi.

· 1 dəqiqəlik oxu

417792 358175834284101 1958993775 n

417792_358175834284101_1958993775_n6 may 2013-ci il Suraxanı rayonu Heydər Əliyev parkında  Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə tədbir keçirildi. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, Milli Məclisin deputatları, Gənclər və İdman idarəsinin sədri Amil Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri tədbirdə iştirak edirdi. Rayonun bütün idarə və təşkilatları, ümumtəhsil məktəblərinin kollektivləri, uşaq-tərbiyə  müəssisələrinin nümayəndələri aylardan bəri hazırladıqları işləri bu tədbirdə sərgiləmişdilər. Federasiyanın  idmançıları bayram şənliyində  nümunəvi çıxışla iştirak etdi. Elşən Məmmədov, Rac Abdullayev, Orxan Məmmədov, Anar Bayramov rəhbərliyi ilə  hazırlanan nümunəvi çıxış bayram mərasiminə toplaşan rayon sakinləri tərəfindən alqışlarla qarşılandı.

Paylaş: Facebook WhatsApp Telegram X