Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş 4 açıq respublika turniri keçirildi.

«Gələcəyə Baxış» İctimai Hərəkatının dəstəyi ilə Neftçala rayonu Qaramanlı Mədəniyyət evində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli döyüş sənəti üzrə 4-cü açıq respublika turniri keçirildi.
Turmirdə Bakının ( Suraxanı, Sabunçu, Nərimanov, Binəqədi, Yasamal) Sumqayıt, Neftçala, Xaçmaz, Şuşa, Agcəbədi və «Azər Eyvazov adına idman klubu” komandalarından ibarət 150 nəfər idmançı iştirak edirdi.
Neftçala rayon İdman Komitəsi və Neftçala Qaramanlı Mədəniyyət Evinin iştirak etdiyi bu mötəbər turnirdə gənclər öz bacarlqıların nümayiş etidirdiər. Qeyd edək ki, bu turnir ənənəvi xarakter daşıyır və Federasiyamız hər il mütamadi olaraq bu türniri müxtəlif rayonlarda təşkil edir. Yarışın əsas məqsədi Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ideyaları, onun memarı olduğu gənclər və idman siyasətini yetişməkdə olan gənc nəslə aşılamaqdır.
Federasiyanın prezidenti Vasif Namazov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda idmanın inkişafına böyük qayğı göstərib. Onun bir fikri Azərbaycan idmançılarına verilən qiymətdir ki, o demişdir “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.” Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi uzaqgörən siyasət Azərbaycanı dünyada ən böyük sürətlə inkişaf edən bir dövlətə çevirməklə yanaşı, eyni zamanda ölkəmizi idman ölkəsi kimi tanıtdırmışdır. Nəticə olaraq Azərbaycan geniş bir bölgədə söz sahibi olan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda qazandığı uğurları ilə dünyanın diqqətini özünə cəlb edən güclü bir dövlətə çevirilmişdir. Vətənimizin işıqlı sabahı naminə gördüyü dəyərli işlər sayəsində möhtərəm İlham Əliyev cənabları xalqımızın dərin məhəbbətini və hörmətini qazanmışdır”.


