Federasiyasının rəhbərliyi, idmançıları və “Gələcəyə Baxış” ictimai hərəkatıyla birgə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar fəxri xiyabanı ziyarət etdilər.
Daha sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda seminar keçirdilər. Seminarda söz alan Federasiyasının idarə heyyətinin sədri Vasif Namazov isə Ulu Öndərin gənclərin idmana maraq göstərməsinin banisi kimi qəbul edilməsini bildirdi. O, qeyd etdi ki, “gənclərə etibar edən Ulu öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütəmadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.”

Seminar daha sonra gənclərin Ulu Öndər barədə fikirləri və düşüncələrini əhatə edən müzakirlərlə davam etdirildi.