Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Azərbaycan Alpaqut Federasiyasının rəsmiləri 20 yanvar şəhidlərini yad etdi

· 2 dəqiqəlik oxu

A S03

Federasiyasının rəsmi şəxsləri 20 yanvar şəhidlərini yad etdilər. Düz 29 il bundan öncə azadlıq tələbi ilə meydanlara çıxmış xalqımızın haqq deyən səsinin kəçmək və xalq azadlıq hərəkatını beşikdəcə boğmaq məqsədi ilə keçmiş Sovet hökümətinin rəhbərliyi Bakıya qoşun yeritdi. Tam silahlanmış qoşun hissəsi silahsız insanların üzərinə hucuma keçmişdi. Qocalara, qadınlara, körpələrə, hətta tibbi yardıma tələsən həkimlərə belə atəş açan Sovet əsgərləri yanvarın 19-dan 20-nə keçən gecə, hətta 20 yanvar günü də şəhərdə dinc əhaliyə divan tutdular. Bununla da M.S.Qarbaçovun rəhbərlik etdiyi Sovet hakimiyyəti öz iç üzünü bütün dünyaya nümayiş etdirdi. Sovet tanklarının qarşısından qaçmayan xalqımızın qəhrəman oğul və qızları öz qanları ilə şərəfli bir tarix yazdılar. Bu tarixin 29 yaşı var. Qədirbilən xalqımız bu tarixi unutmur və hər il 20 yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad edir. Bu ildə, Şəhidlər Xiyabanında böyük izdiham yaşanır. İnsanlar kollektiv və ya fərdi qaydada azadlıq şəhidlərimizin məzarlarını ziyarət edir. Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev başda olmaqla, Federasiya rəhbərliyi və məşqçi heyəti də bu gün Şəhidlər Xiyabanını ziyarət edərək, burada uyuyan 20 yanvar şəhidlərinin əziz xatirəsini anaraq, məzarlarına tər gül dəstələri düzdülər.

Bu tədbirin bütün fotoları (5)

Paylaş: Facebook WhatsApp Telegram X