Azərbaycanın BƏƏ-dəki
Səfirliyinin dəvəti ilə Azərbaycan Alpaqut Federasiyasının birinci vitse
prezidenti Nuranə Şixəliyeva bir həftə həmin ölkədə səfərdə olub. İlk iştirak
etdiyi tədbirAzərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi,
Dubay şəhərindəki Baş Konsulluğu və BƏƏ-dəki Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı
ilə Dubay şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə
bayram tədbiri olub. Tədbir Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri
Daşqın Şikarov tərəfindən Azərbaycan Respublikasının prezidenti cənab İlham
Əliyevin təbrik məktubunun oxunması ilə başlayıb.
Sonra Azərbaycanın milli musiqi nömrələri ifa
edilib, eləcə də milli mətbəximiz nümayiş etdirilib. Tədbirdə Nuranə xanım öz
bayram təbrikini tədbir iştirakçılarına çatdırıb.

Bundan başqa Nuranə xanım Şixəliyeva Dubayda fəaliyyət göstərən Azərbaycanın diaspora nümayəndələri, ziyalıları və azərbaycanlı tələbələrlə görüşlər keçirdib. Görüşlərdə Azərbaycan dövlətinin idmana göstərdiyi qayğıdan və Alpaqut idman növü barəsində geniş məlumat verib.
Ölkəmizin BƏƏ-də Səfirliyinin xətti ilə təşkil olunan həmin səfər bir həftə davam edib.