Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Ağdam Alpaqut Filialı da 20 yanvar şəhidlərini yad etdilər

· 1 dəqiqəlik oxu

Agdam02

Bu gün ölkəmizin hər yerində 20 yanvar şəhidlərinin əziz xatirəsi yad edilir. İnsanlar axın-axın Şəhidlər Xiyabanlarına gələrək, şəhidlərə öz etiramlarını bildirirlər.

Ağdam rayonunun rəmzi Ala Qapısindakı Şəhidlər Kompleksi önündə bu gün təşkil olunan tədbirdə Azərbaycan Alpaqut Federasiyası Ağdam Filialının müəllim və idmançıları da iştirak ediblər.

Ağdam Alpaqutları şəhidlərin xatirə kompleksi önündən nizami düzülüşlə keçərək, şəhidlərin ruhu qarşısında Alpaqut salamı veriblər.

Paylaş: Facebook WhatsApp Telegram X