Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Alpaqut idmançıları V Milli Yaylaq Festivalında iştirak ediblər

· 1 dəqiqəlik oxu

Alpaqut idmançıları V Milli Yaylaq Festivalında iştirak ediblər

24–26 iyul 2026-cı ildə Göygöl rayonunda, Xan Yaylağındakı «Xan Yurdu» etnoqəsəbəsində V Milli Yaylaq Festivalı keçirilib. Festivalda Azərbaycan Alpaqut Federasiyasını vitse-prezident Rafiq Qasımovun rəhbərliyi ilə 60-dan çox alpaqut idmançısı təmsil edib.

Üç gün ərzində alpaqut idmançıları KAÇUT disiplini üzrə nümunəvi çıxışlar göstəriblər. Açıq havada seminar da təşkil olunub. Seminara 10 məşqçi və 50 idmançı qatılıb.

Alpaqut meydançasında qonaqlara ənənəvi türk oxçuluğu təqdim edilib. Gələnlərə alpaqutun tarixi və bugünkü yarış sistemi haqqında məlumat verilib.

Gənclər və idman naziri Fərid Qayıbov alpaqut meydançasına baş çəkib. Rafiq Qasımov nazirə türk oxçuluğunun atış qaydalarını izah edib, nazir özü də ox atıb.

Federasiya festivalın təşkilinə görə «Cavad xan» Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, festivalın layihə rəhbəri Müzadil Həsənova təşəkkür edir. Göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanova da minnətdarlığını bildirir.

Bu tədbirin bütün fotoları (5)

Paylaş: Facebook WhatsApp Telegram X