Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Ağdamda alpaqut zalı istifadəyə verildi

· 1 dəqiqəlik oxu

Ağdamda alpaqut zalının açılışı — 18 oktyabr

18 oktyabrda Ağdam Olimpiya İdman Kompleksinin nəzdində yerləşən alpaqut zalı təmirdən sonra yenidən istifadəyə verilib.

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Mərasimdə Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov və federasiyanın Qarabağ Regional Nümayəndəliyinin sədri Kənan Quliyev iştirak ediblər. Tədbirdə alpaqutçu idmançılar da iştirak edib.

Xatırladaq ki, 25 oktyabrda Ağdam Olimpiya İdman Kompleksində şəhid leytenant Sərvan Göyüşovun əziz xatirəsinə həsr olunmuş Qarabağ Açıq Turniri keçiriləcək.

Paylaş: Facebook WhatsApp Telegram X