Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Alpaqut komandası “Baltik Open 2015” Döyüş Növləri Olimpiadasında uğurlar əldə etdi

· 1 dəqiqəlik oxu

Kutsan və Musa Abdullayev idmançılarla birlikdə. Riga

21-22 noyabr 2015 ci il, Latviyanın paytaxtı Riqa şəhərində Döyüş Növləri Olimpiadası “Baltik Open 2015” başa çatdı. Azərbaycan Alpaqut Federasiyası bu yarışda iştirak edərək böyük zəhmət nəticəsində bu yarışda 2 ədəd 1 yer, 4 ədəd 2 yer qazandı. Arzu Eyvazova finalda zədə nəticəsində Latviya idmançısına uduzaraq 2 yer, Nəsirov Murad finalda Estoniya idmançısıyla qarşılaşmada 2 yer, Əlizadə Nəvai finalda Litva idmançısı ilə qarşılaşmada 2 yer, Əsgərov Anar finalda Latviya idmançısı ilə qarşılaşmada 2 yer, Musa Abdullayev finalda Latviya idmançısı ilə qarşılaşmada 1 yer və Komandamızın ən qürur verici qələbəsi Elsəvər Puri finalda erməni idmançısı ilə qarşılaşmada onu məğlub edərək 1 yeri qazandı. Beynəlxalq Döyüş Növləri Konfederasiyası tərəfindən ən yaxşı komanda heyyəti üçün Azərbaycan komandasının rəhbəri Vasif Namazov diplom və medalla təltif olundu.  

Qeyd edə ki, Azərbaycan Respublikasının Latviyadakı səfiri Elman Zeynalov yarışlardan sonra idmançılarla görüşüb və onları qazandıqları nailiyyət münasibətilə təbrik edib.

 

14483641445708951239_1000x669

Paylaş: Facebook WhatsApp Telegram X