Hörmətli Alpaqut sevərlər !
Azərbaycan Alpaqut Federasiyası Sizləri yeni 2016-cı il münasibəti ilə təbrik edir,Ümid edirik ki, bu yeni ildə sizə daha çox ümid, daha çox sevinc və daha çox xoşbəxt günlər nəsib olacaq. Yeni 2016-cı ilə girərkən bütün incikliklərin bitməsi və barış içində yaşanması diləyiylə, bütün sevdiklərinizə sağlamlıq, xoşbəxtlik, sevinc, uğur, sevgi və hüzur, dinclik gətirməsini diləyirik.
AAF Təşkilat Komitəsi
TƏKRAR XATIRLAMAQDA FAYDA VAR!
ŞAM BƏZƏMƏ ƏNƏNƏSİ:
Hər yeni il gəldiyi zaman bütün xalqlar bayram edir. Kimisi üçün Yeni il bayramı, bəziləri üçün isə İsanın doğuşu olaraq qeyd olunan Milad bayramıdır bu bayram. Sirr deyilki qərb üçün Milad bayramı kimi olan bu bayram 20 ci əsrdə daha çox dəbə minib ancaq biz onu dahada qədimləşdirərək 1 əsrdə geriyə çəkək və belə qəbul edək ki, 19 əsrdə daha çox yayqın olub qərbdə.
Bəs 100 illərdir, qədimlikdə tarixi belə bilinməyən, Türk xalqlarının hər ilin sonu NARDUĞAN adında keçirdiyi bayramını niyə qeyd edən yoxdu ?
Bəli, Nadoğan qədim Türklərin “Günəşin Doğuşu” adlanaraq qeyd edilən yeni il bayramıdır. Hər il 22 dekabrdan sonra gələn ilk bütöv ayda kutlanır.
Türklərdə günəş çox əhəmiyyətlidi.Bunun səbəbi isə türklərin qədim inancına görə gecə ilə gündüz davamlı vuruşur, Uzun bir döyüşdən sonra gün gecəni məğlub edərək zəfər qazanır və 21 dekabr günü ən uzun gecənin ardından günlər uzanmağa başlayar. Məhs bu səbəbdən 22 dekabr günü türklər üçün çox əhəmiyyətlidir və bu günü taxıban (ay ili əsasına söykənən bir təqvim istifadə etdikləri üçün) ilk bütöv ayın çıxdığı ilk gün yeni ilin ilk günüdür. Bu gün içində bütün türklər, ölümsüzlüyün simvolu olan (Buna həyat ağacı deyirlər. Bu ağacı, motiv olaraq bizim bütün xalça, kilim və işləmələrimizdə görə bilərik.) Ağcaşam ağacları bəzənər və altında cür oyunlar oynanır, qopuz yoldaşlığında mahnılar deyilər və əyləncələr təşkil edilərdi.
Türk xalqları bu bayramı NARDUGAN: (nar=güneş, dugan=doğan) Doğan günəş adlandırır. NARDUGAN sözü türk dilindəki «nar» (günəş), «tuqan» (doğulan, doğan) sözlərindən meydana gəlmişdir. Qeyd etmək lazımdır ki, müxtəlif türk xalqlarına və onların ləhçələrinə görə bayramın adı dəyişsədə ancaq öz formasını dəyişmir. Məsələn: Tatarlar bu bayrama «Koyaş Tuğa»(yəni «Günəş Doğan»), Başkortlar və udmurdlar «Narduqan», və ya «Marduqan», mişar tatarları «Raştua», çuvaşlar «Nartavan», ya da «Nartuken», zrizyalar «Nardava», mokşalar «Nardvan»[1] deyirlər. Bundan başqa söz forması olaraq türklərdəki paktıqan və qoçaqan bayramlarıyla da uyğundur.
Qədim türklər üçün Günəşin yenidən doğuşu, bir yeni doğum hesab edilir bu bayram. Günəşi geri verdi deyə Tanrı Ülgenə dualar edirlər. Duaları Tanrıya getsin deyə Ağcaşam altına hədiyyələr qoyurlar, budaqlarına bantlar bağlayaraq yeni il üçün diləklər diləyirlər Tanrıdan. Bu bayram üçün, evlər təmizlənir. Gözəl geyimlər geyilir. Ağcaşam ətrafında mahnılar söyləyib oyunlar oynayırlar. Yaşlılar, böyük atalar, nənələr ziyarət edilir, ailələr bir araya gələrək birlikdə yeyib içirlər. Yedikləri yaş və quru meyvələr, xüsusi yemək və şirniyyatlar hazırlanarmış. Bu bayramda ailə və dostlar bir araya gələrək qeyd olunsa ömür çoxalar, uğur gəlirmiş.
XÜSUSİ QEYD: Bildiyiniz kimi Ağcaşam ağacı tək Orta Asiyada yetişir. Fələstində bu ağacın yetişməsi iqlimə görə mümkün deyil. Belə olan halda şam bəzəmə ənənəsinin İsanın doğuşuna nə aidiyyatə var ? Əlbətdə ki, bayramın məhs Türklərdən Xristianlara keçdiyi və adının dəyişdirilərək Milad adıyla yenidən dünyaya sırılması məlumdur. Xristianlar bu bayramı Hunların Avropaya gəlişlərindən sonra onlardan görərək götürdükləri deyilir.
Beləliklə bu bayramın İsanın doğumu ilə heç əlaqəsi yoxdur.
“Günəşin yenidən doğuşu”
NARDUĞAN BAYRAMINIZ MÜBARƏK OLSUN !


