Alpaqut döyüş sənətinin müəllifi, Türk döyüş sənətləri üzrə araşdırmaçı, Kutsan Vasif Namazov omedia.az saytının şimal bölgəsi üzrə xüsusi müxbiri Mənsur Xaspoladovun suallarını cavablandırıb.Müsahibəhi təqdim edirik.
-Bu il Alpaqutun fəaliyyəti çox aktiv oldu.
-Bəli bu il bir necə, hadisələrlə yadda qaldı. Dünya Alpaqut Federasiyasının yenidən formalaşması, Millət vəkili Nizami Cəfərovun Dünya Alpaqut Ferderasiyasına rəhbər gəlməsi, İlk dəfə rəsmi şəkildə Alpaqut Turan döyüş sənəti üzrə respublika çempionatının keçirilməsi, 2 ci açıq beynəlxalq Qara dəniz kubokunun təkrar keçirilməsi, əlavə olaraq Beynəlxalq Xəzər kubokunun keçirilməsi, Ölkə daxili yarışlar isə öz yerində. Bu il seminralarıda çox keçirdik. Hələ ilin sonuna qədərdə bir neçə yarışlar nəzərdə tutulub. Həm ölkədaxili dövlət bayrağı gününə həsr olunmuş, həmdə Latviyada Döyüş Növləri olumpiadası.
-Yeri gəlmişkən sirr deyilsə Dünya Alpaqut Federasiyasının ilk prezidenti Fərid Əlizadə nə üçün istefa verdi?
Bilirsiz DAF – quranda biz şəxsi maraqları önə alıb qurmamışdıq. Milli maraqlar bizim üçün daha vacib bir amildi. Fərid Əlizadə DAFın qurulmasında çox zəhmət çəkmiş bir şəxsdi. Bu gündə O, DAF-ın fəxri prezidenti, Toraman Başad titulunu daşıyır. Biz belə qərara aldıq ki, Nİzami Cəfərovun bütün fəaliyyət parametrləri DAF prezidenti olmağa cavab verir. Bu addımıda atdıq.
-Hal hazırda Alpaqutun inkişafı sizi qane edirmi?
Əlbətdə ki, yox. Daha çox iş görülməlidi. Alpaqutun inkişafı məni o vaxt qanə edər ki, ən azı 50 ölkədə rəsmi nümayəndəliyimiz olsun.
-Hal hazırda neçə ölkədə nümayəndəliyiniz var və artım üçün hər hansısa işlər görülürmü ?
Bilirsiz, internet üzrərindən nümayəndəlik versək, cəmi bir ilə 100 ölkədə nümayəndəlik açarıq. Alpaqutun rəsmi nümayəndəliyin almaq üçün hər bir ölkə nümayəndəsi Azərbaycanda olan mərkəzə gəlməlidi və burada keçid kursu keçməlidi. Biz uşaq oyunu oynamırıq ciddi iş görürük və nəticənidə alacayıq.Hal hazırda 12 ölkədə rəsmi nümayəndəliyimiz var. Əlbətə ki, bu azdı, ancaq 2 il üçün düşünürəm ki yaxşı nəticədi. Biz bu ildən etibarən bir neçə üniversitetlərdə xarici tələbələrə pulsuz kurslar təşkil edəcəyik. Hansı ki, xaricdən gəlib burada təhsil alan tələbələr öz ölkələrinə döndükdə bizim rəsmi nümayəndəmiz kimi dönəcək.
-Alpaqutun tədris vəsaiti varmı ?
Əlbətdə var. Mən ilk öncə istədim ki, bunu kitabla birgə çıxardım. Amma kitab gecikdiyi üçün bunu kitabdan öncə çapa verəcəm.Artıq müəllif hüquqları üzrə dövlət agentliyi Alpaqutun metodik vəsaitinin şəhadətnaməsini verib.
Amma Dünya Alpaqut Federasiyasının rəsmi veb səhifəsində heç bir tədris vəsaiti yoxdu, hətda məlumat azlığıda var.
Bəli, doğrudur. Vaxt imkanı, maddi imkan, və s. bunu gecikdirir. Ancaq yaxın zamanlarda saytda çoxlu yeniliklər olacaq.
-Kitabdan söz düşmüşkən, bildiyimizə görə Alpaqut Turan Savaş sənəti adlı bir kitab hazırlanır. Sirr deyilsə bu kitab nə zaman işıq üzü görəcək və kitabın mündəricatıyla bağlı məlumat verə bilərsinizmi?
-Bəli kitab hazırlanır. Üzərində ciddi iş gedir və buna görədə vaxt uzanır. Yəqinki 2016 cı ildə biz bu kitabı təqdim edəcəyik. Mündəricatla bağlı heçnə deyə bilmərəm. Düşünürəm ki, bu kitabın çox maraqlı bir kitab olması üçün əlimnən gələni etmişəm. Adı bəs edir ki, məlum olsun kitabın içində nədən bəhs olunur. Türk xalqlarının savaş mədəniyyəti və Alpaqut Turan Savaş sənətinin yaranması barədə olacaq təbii.
-Bu yaradıcılıq işinizi bəyənməyən qəbul etməyən kolleqalarınız varmı ?
Doğrusu deyim hələki belə bir şey eşitməmişəm ki, kimsə bu işi bəyənməsin. Əksinə idman sahəsində olan bir çox idman mütəxəsisləri bu işə yüksək qiymət veriblər. Ancaq yənədə belə fikirdə olanlar ola bilsin ki, var. Varsa o zaman, Tanrı onları var eləsin. Bu mənim üçün bir immutet olar.
-Bildiyimizə görə orta Asiyadada Türk döyüş sənəti qurulmaqdadı. Məlumatınız varmı?
Əlbətdə var, Türk Döyüş sənəti ilk olaraq konsepsiya halına 1978 ildə Temur Turuzbekov tərəfindən məhz elə Orta Asiyada alınıb. Yeni formalarda yaranır. Bu çox sevindirici haldır. Düşünürəm ki, bu türk döyüş sənətlərində rəqabət mühitini formalaşdıracaq. Bunun nəticəsində illərlə gözümüzü bağlayan mif üzərində deyil, əsl gerçək real döyüş mədəniyyətinin kimlərə xas olduğunu sübüt etmiş olarıq.

