Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Federasiya rəhbərliyi hərbi xidmətdə olan dünya çempionu ilə görüşdü

· 1 dəqiqəlik oxu

Federasiya rəhbərliyinin Bəxtiyar Mehdiyevlə görüşü

Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov, Qarabağ nümayəndəliyinin sədri Kənan Quliyev və Hakimlər Kollegiyasının sədri Elsəvər Puri hazırda hərbi xidmətdə olan alpaqut üzrə dünya çempionu, Ağdam Alpaqut Filialının idmançısı Bəxtiyar Mehdiyevlə görüşüblər.

Bəxtiyar Mehdiyev iki qat dünya çempionudur. 2022-ci ildə III Dünya Çempionatında 16–17 yaş qrupunda, 2025-ci ildə isə V Dünya Çempionatında böyüklər arasında BATUR disiplini üzrə qızıl medal qazanıb. Alpaqutda YARĞAN (I SAN) dərəcəsinə malikdir.

Federasiya Vətənə xidmət edən bütün idmançılarına sağlam və uğurlu xidmət arzulayır.

Paylaş: Facebook WhatsApp Telegram X