“Sağlam gəncliklə xoşbəxt gələcəyə doğru”

17 fevral 2013-ci il Sumqayıt Paralimpia idman kompleksində “SAĞLAM GƏNCLİKLƏ XOŞBƏXT GƏLƏCƏYƏ DOĞRU” devizi altında respublika turniri başa çatdı. Turmirdə Bakının ( Suraxanı, Sabunçu, Nərimanov, Binəqədi, Yasamal) Sumqayıt, Şəki,
Qazax, Neftçala, Tərtər, Mingəçevir, Bərdə, Xaçmaz, Beyləqan, Qubadlı, Şuşa, Agcəbədi, Fizuli, Ağdam, Yevlax, Vaşaq klubu, “Azər Eyvazov adına idman klubu” komandalarından ibarət 200 nəfər idmançı iştirak edirdi.
Turnirə bir çox rəsmi qonaqlar dəvət olunmuşdu. Açılış Mərasimində Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəis müavini Mübariz Bəşirov, ” Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyinin sədri Anar Xəlilov, Milli GHT forumunun İcracı direktoru Günel İbrahim, AZTV nin əməkdaşı, Ailə həkimi verlişinin aparıcısı Əli Nağıyev, Toylar kralı müsabiqəsinin qalibi, populyar müğənni Manaf Ağayev və s kimi dəyərli qonaqlar iştirak etdi. Bədii hissə zamanı isə, Mügənnilər Manaf Ağayev, Aybəniz Çələbi, Abbas Elşənoğlu, Orxan Əliyev, Buta rəqs qrupu iştirak etdilər
Rəsmi açılış hissəsində Federasiyanın İdarə heyyəti tərəfindən federasiyanın fəaliyyətini dəstəkləyən bütün rəsmiləri fəxri fərmanla təltif etdi.


