Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Milli Qəhrəman İbad Hüseynovla görüş keçirildi.

· 2 dəqiqəlik oxu

Görüşdə Federasiyanın Suraxanı, Nərimanov, Sumqayıt, Binəqədi, Sabunçu filiallarından olan idmançıları, eləcədə Federasiyanın idarə heyyətinin üzvləri və qonaq qismində isə İbad Hüseynov, Atilla jurnalının baş redaktoru Gülşən Behbud, Sahib Şirinov, Polkovnik Məhəmməd Qədirov iştirak etmişdir.

İlk öncə İbad Hüseynov idmançılar qarşısında çıxış etdi: “Birinci dəfədir ki, idmanla bağlı tədbirə gəlirəm. Mən sizi görməyimə çox sevindim, çünki bizim hər bir qələbəmizin başında dayanan idmandı. İdmanında başında dayanan sağlam ruhdu. Bizim torpaqlarımız işğal altındadı, o dağları o torpaqları azad etmək üçün bizim gənclərimiz sağlam olmalıdı. Bunun üçün hər bir gənc idmannan yaxından məşq etməlidi. Mən belə bir kollektivin olmasına çox sevindim. Təbliq ancaq bu istiqamətdə getməlidi, bizim gənclərimiz milli düşüncələrlə böyüməlidi. İstənilən sahədə qəhrəman olmaq olar, o cümlədən idman sahəsində. Hamınıza uğurlar arzulayıram”

Daha Sonra Federasiyanın İdarə heyyətinin sədri Vasif Namazov qonaqlarla  Türk Döyüş Sənətinin konsepsiyası haqqında danışdı. İdmançılar döyüş nümunələri göstərdilər.

Vasif Namazov: “Bü tədbir xüsusi önəm daşıyırdı. Biz tək yarışlarla idmançılarımızı formalaşdıra bilmərik. İbad Hüseynovun keçdiyi döyüş yolu, onun xidmətləri, 1-ci qarabağ savaşında göstərdiyi qəhrəmanlıq bizim gənclərimiz üçün nümunə olmalıdı. Fikrimcə idmançılardada bu görüşdən sonra vətənpərvərlik hissi daha artıq görsənəcək”.

Sonda qəhrəman İbad Hüseynov Federasiyanın fəxri üzvü elan olundu və bunu təsdiq edən federasiyanın diplomunu qəbul etdi.

Paylaş: Facebook WhatsApp Telegram X