20160629_150604Dünya Alpaqut Federasiyasının prezidenti millət vəkili Nizami Cəfərov tərəfindən, Tanınmış tarixçi, Türkoloq, Urmu nəzəriyyəsinin banisi, Keçmiş Təhsil Naziri Firudin Ağasıoğlu “Toraman Başad” rütbəsinə layiq görülərək , Dünya Alpaqut Federasiyasının ilk Fəxri Üzvü oldu.

 

 

Prof.Dr. Firudin Ağasıoğlu

Türkoloq, filologi13350283_764115527023151_6430468898811652669_ooya elmləri doktoru, professor; Azərbaycan Respublikası Baş nazirinin müavini (1992); Azərbaycan Respublikasının xalq təhsili naziri (1993); Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri (1993)

«Alpaqut» Turan Döyüş Sənəti  çağdaş türk dünyasında keçmiş türk gələnəklərini dirildən, ona həyat verib yaşadan çox mühüm bir ovqatın yaranması ilə ortaya çıxmışdır. Təkbaşına düşmənə hücum edən, heç bir yandan ələ keçməyən igid   statusuna aid olan Alpaqut obrazı, müassir dövrdə qədim türk döyüş sənətlərinin elementləri üzərində formalaşaraq idman mədəniyyətinə yeni nəfəs vermişdir. Alpagut Turan Döyüş sənəti  daxilində ən qədim türk-etrusk əlifbasındakı hərflərin sıralanmasına (a, b, c) uyğun  Aypara, Batur, Caymaz adlanan yarışma sistemləri isə mükəmməl bir bütövlük təşkil edir.

İlk dəfə Azərbaycanda tərəfimdən Kutsan sanı almış Vasif Namazovun qurduğu «Alpaqut» Turan döyüş sənəti idman qurumu Türk dünyasında bir ilkdir və bu qurum 3 il öncə qurulmasına rəğmən mühüm döyüş taktikası ilə gənclərin marağını çəlb etməkdədir, Alpaqut döyüş sənətinin bugün 15-dən artıq ölkədə rəsmi təmsilçilikləri və dərnəkləri vardır. Əminliklə deyə bilərəm ki, çox yaxın zamanda Alpaqut döyüş sənəti dünya idman yarışlarında iştirak etmə hüququ ilə yarışlarda tutduğu yüksək yerləri, uğurları ilə bizi sevindirəcək.

20160629_150948Qeyd: ALPAQUT döyüş sənəti Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təblig, eləcədə milli döyüş ənənələrini inkişaf etdirərək, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, muassir döyüş sənəti üzərində koonsepsiyalaşdıraraq, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edir.

Milli özünə məxsusluq hissini inkişaf etdirən və super etnomədəni fəlsəfəni milli düşüncə əsasında konsepsiyalaşdıran ALPAQUT  idman növü, uşaqlarda milli iftixar hissini, vətənə və dövlətə hörmət və məhəbbət hissini formalaşdırır. Alpaqut sözünün anlamı (Alp: döyüşçü, Qut: qutsal) – Müqəddəs Döyüşçü mənasındadır.

 

Bu döyüş sən13343021_764115340356503_6647681521057153865_nəti bütün türk dünyasına aiddir, ancaq bütün hüquqi haqlarlarını Azərbaycan dövləti tərəfinən almışdır. Belə ki, bütün türksoylu xalqlar kimi, Azərbaycan xalqının tarixi və mədəni irsinə aid olan ALPAQUT adı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014 cü il tarixli № 37 saylı sənədi əsasında bu döyüş sənətinin müəllifi, Türk Döyüş Sənətləri üzrə araşdırmaçı, Beynəlxalq dərəcəli idman ustası Namazov Vasif İmran oğluna istifadəsi üçün rəsmi icazə verilmiş, eyni zamanda Azərbaycan Respublikası Patent üzrə Dövlət Komitəsi tərəfindən 17.11.2014 ci il tarixli iddia sənədinin 201400542 nömrəli Patent Şəhadətnaməsidə verilmişdir. Əlavə olaraq, ALPAQUT idman növünün təlim və tədrisinin həyata keçirilməsi üçün hazırlanan metodiki vəsait proqramları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin 16.10.2015 tarixli 04/C-8157-15 saylı Şəhadətnaməsi ilə təsdiq olunmuşdur. Bu idman növünün beynəlxalq arenada inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında qurum 12.02.2014 cü il tarixində B14003831 saylı sənədinə əsasən beynəlxalq təşkilat kimi qeydiyyata alınmışdır. Federasiya 2014 cü ildən başlayaraq bir neçə beynəlxalq tədbirlər (3 beynəlxalq turnir, 1 avroasiya kuboku, 4 beynəlxalq seminar) həyata keçirmişdir. Federasiyanın Azərbaycan başda olmaqla Almaniya, Birləşmiş Krallıq/İngiltərə, Qırğızstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Qazaxstan, Qırğızıstan, Özbəkistan və Rusiya (Ekatirinburq, Moskva vilayəti, Başqırdıstan) üzrə rəsmi nümayəndəlikləri var.