28 may Respublika gününə həsr olunmuş Ümumrespublika Alpaqut Seminarı keçirildi

29.05.2016 cı il tarixində Nəbabət bağında Alpaqut Döyüş sənəti üzrə Ümumrespublika Alpaqut Seminarı keçirildi. Seminar Alpaqut Turan Döyüş sənətinin qurucusu, Beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən keçirildi. Seminarda Bakı, Abşeron, Sumqayıt, Qaradağ, Ağdam, Ucar, Zərdab, Şəmkir, Laçın və s. filial və klubların məşqçi-təlimatçıları iştirak etdi.
Seminarda qonaq qismində Azərbaycan Alpaqut Federasiyasının rəhbəri “Yarğan” Aqil Acalov, Dünya Alpaqut Federasiyasının 1-ci vitse prezidenti “Kurdaş” Araz Abdullasoy və eyni zamanda, Dünya Alpaqut Federasiyasının fəxri prezidenti “Toraman Başad” Fərid Əlizadə də iştirak etdi.


