
Müsahibimiz Azərbaycan Alpaqut Federasiyasının 1-ci vitse prezidenti, dünya və avropa çempionu Musa Abdullayevdi.
Musa müəllim bilirik ki, Siz boks və kikboksinq üzrə bir neçə beynəlxalq yarışların qalibisiz. İdmanın döyüş növləri üzrə peşəkar bir idmançısız. Eyni zamanda Azərbaycan Alpaqut Federasiyasının 1-ci vitse prezidentisiz. Maraqlıdr ki, bu işlərin öhdəsindən necə gəlirsiz?
Çox sağolun, ilk öncə mənim barəmdə məlumatlı olduğunuza görə minnətdaram. Bilirsiz bu iş şərəfli bir işdi, milli bir işdi. Bu təşkilat adi bir idman təşkilatı deyil, burda daha çox ikiqat üçqat ağır və şərəfli iş var ki, burda idman vasitəsilə milli dəyərləri, vətənpərvərliyi özündə birləşdirən bir idman növünün inkişafını təmin edirik və eyni zamanda dövlətimizi və bayrağımızı yüksək səviyyədə təmsil edirik. Bacardığımız qədər çalışırıq ki, işin öhdəsindən gələk.

Musa müəllim federasiyanın ümümilikdə işi necə təşkil olunur və inkişaf üçün hansı perspektivlər var ?
Alpaqut Federasiyasının işinin təşkili yüksək səviyyədə həyata keçir. Bu işlər 1-ci vitse prezident olaraq tək mənim yox Federasiyanın digər məsul şəxsləri tərəfindəndə həyata keçirilir. Bizim idarə heyyətimiz var və əvvəlcədən hazırlanmış bir plan üzrə hərəkət edirik. Hər bir məsul şəxsin idarə etmədə öz görəvi var və bacardığı qədər öz işini görərək fayda verir. Ona görədə federasiya az bir vatxda populyarlıq qazanmağa doğru gedir. Bütün işlər belədir kollektiv özünü idarə etmə sistemi qurulanda nəticədə olmalıdı. Bu idarə etmə sisteminin özəyini Kutsan Vasif Namazov əvvəlcədən düz qurub ona görədə bax belə irəliləyiş var.
Ümümilikdə federasiyanı idarə edən rəhbələrnin işi sizi qanə edirmi ?
Hələki federasiyanın rəhbərlərinin işi, içi mən qarışıq tam qənaətbəxş deyil. Buda federasiyanın hələ yeni bir federasiya olduğu və karların tam formalaşmamasından irəli gəlir. Biz toplantılarda, sual cavabla, çoxlu müzakirələrlə və bir birimizin işinə tənqidi şəkildə yanaşmaqla bu işləri həyata keçiririk.

Sizcə Azərbaycan Alpaqut Federasiyası bütün federasiyalar kimi standart olaraq fəaliyyət göstərmir, yani öz işinin təşkilinə görə fərqli bir idarə etmə sistemi formalaşdırır ?
Bəli artıq fərqli bir idarə etmə sistemiz var. Bu bizim kollektiv şəkildə, demokratik şəkildə olan fəaliyyətimizdi. Məsələn bizim Alpaqutun qurucusu Kutsan Vasif Namazovun Azərbaycan Alpaqut Federasiyasında heç bir hüquqi vəzifəsi yoxdu. Düzdü o bütün işlərdə bizə köməy eləyir. Ancaq bizim fəaliyyət işinə qarışmır və heç bir şeyidə bizə diqtə eləmir. Əksinə Vasif Müəllim özü hüquqi prosedurlarla, idman haqında qanunlarla və içtimai birliklərin idarə etmə qanunlarıyla bizim işimizin formalaşmasına və müstəqil, demokratik olaraq fəaliyyət göstərməyimizə şərait yaradır. Hətda bizim Federasiyanın prezidentidə bəzi məsələlərdə İdarə Heyyətinin iradəsindən asılı vəziyyətə düşür. Buda onu göstərir ki, biz şirkət kimi fəaliyyət göstərmirik.

Mən heç bir federasiyanın işi haqqında danışmaq istəmirəm, ancaq ölkəmizdə fəaliyyət göstərən federasiyaların fəaliyyəti haqqında hamı hər şeyi gözəl bilir və bizim nəsə deməyimizə heç ehtiyac yoxdu. Bizim fərqli sistemimizi sübüt etməyədə ehtiyac yoxdu, əgər belə olmasaydı qısa bir müddətdə öz fəaliyyətimizlə bir çox federasiyaları kölgədə qoya bilməzdik. Bunun nəticəsidir ki, bizim naliyyətlərimiz çoxdur və artıq bizim fəaliyyətimiz bir çox təşkilatlar tərəfindən qısqançlıqla qarşılanır.
O zaman deyin görək bütün federasiyalarda olan ən başlıca problem olan, hakimlər kolleqiyasınn formalashması prosesi Alpaqut federasiyasında hansı səviyyədə həll olunur?
Düz qeyd etdiz, hakimlərin formalaşma problemi bütün federasiyalarda var, hətda deyərdim bir neçə tanınmış beynəlxalq federasiyalarda da bu sahə problem olaraq qalır. Mən yalannan deməzdim ki, bizdə bu problem yoxdu, bəli bizdə də bu problem var, ancaq ki, bizdə bu problemin olması federasiyanın yeni formalaşmasıyla əlaqədardı. Buna baxmayaraq bizim ən çox ciddi gördüyümüz işlərdən biridə hakim yetişdirməkdi. Bunun üçün Hakimlər Kolleqiyası formalaşıb, program hazırlanıb və işlər davam edir.

Maraqlıdı Alpaqut fedrasiyasına başqa döyüş növlərindən axın daha çoxdu, bunun səbəbi nədi?
Bunun birinci əsas səbəbi bu döyüş sənətinin türk dünyasına aid olmasıdı, fəlsəfəsi və dərin mənalarının olması və tarixi köklərinin milli ideyaya cavab verməsidi. İkinci səbəbi bu döyüş sənətinin özünün təlim-tədris prosesinin rahat olmasıdı, əlavə olaraq burda yarış qaydalarında bir neçə döyüş sisteminin olmasıdı və hakimlər proqramının sadə və problemsiz olmasıdı. Üçüncü səbəb isə bu döyüş sənətinin müəllifinin şəxsiyyətinin sadə və təmiz olmasıdı, onun öz işinə məsuliyyətli yanaşmasıdı, bu işə tükənməz enerji sərf etməsidi.
Martın 13-də Alpaqut üzrə 2-ci Azərbaycan cempionatı keçiriləcək bu yarışa hazırlıq hansı səviyyədə gedir ?
Əvvəla onu qeyd edim ki, respublika çempionatı Azərbaycan Gənclər və İdman Nazirliyi ilə və Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasıyla birgə keçiriləcək. Burda bütün diplomlar Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən veriləcək. Medallarımızı qəlib üslubunda hazırlayırıq hətda lentlərinin üzərindədə yazı olacaq. Komanda kubokları italyanski kuboklardan olacaq. Yarışın yerinin hazırlanmasını əvvəlcədən təyin etmişik və açılış mərasiminidə təntənəli şəkildə qeyd edəcəyik. Yarışa qədər bir neçə dəfə məşqçilər və hakimlər seminarıda keçirəcəyik. Bu yarışa maraq indidən çoxdu, klublar və filiallarda ciddi hazırlaşır. Məndə öz adımdan bütün idmançılara bu yarışda uğurlar arzulayıram.
Müsahibəni götürdü: Rəsul Rəhimov