Rasim Eyvazov
Rasim Eyvazov

Müsahibim Dünya Alpaqut Federasiyasının Beynəlxalq əlaqələr üzrə vitse prezidenti, Azərbaycan Alpaqut federasiyasın Caymaz sistemi üzrə vitse prezidenti, Azərbaycan Sərbəst Döyüş Klubunun prezidenti Rasim Eyvazovdur.

Rasim müəllim xoş gördük. Biz bilirik ki, Siz bir neçə beynəlxalq döyüş növləri təşkilatlarının idarə heyyətin üzvü və ölkəmizdə  nümayəndəsizsiz. Ancaq həmdə eyni zamanda təzəliklə Dünya Alpaqut Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse prezidenti vəzifəsinə təyin olunmusuz. Bu işlərin ağırlığını necə daşıyırsız ?

İctimai iş olduğuna gürə heç bir ağırlığı yoxdur. Əsas iş beynəlxalq idman arenasında Alpaqut döyüş sənətini tanıtmaq və populyar bir idman növünə çevrilməsini həyata keçirməkdir. Bu bizim hər birimiz üçün fəxrdir ki, bizim millətə xas olan milli döyüş sənəti dünyada tanınsın.

Aldığımız məlumata görə Beynəlxalq Döyüş Növləri Olimpia Oyunlarına Alpaqut məhs Sizin sayənizdə düşüb. Bundan sonrada hər hansı beynəlxalq təşkilatlarda Alpaqut yer alacaqmı yanı bu barədə işlər görülürmü ?

Bəli. Noyabr ayında Almaniyanın Hagen şəhərində keçiriləcək Dünya Döyüş Növlərinin Konsul Təşkilatının keçirəcəyi Dünya çempionatında Alpaqut döyüş sənətini ilk dəfə olaraq orada nümayiş etdirəcəyik.

Azərbaycan Alpaqut federasiyasının fəaliyətindədə siz aktiv fəaliyyət göstərissiz.  Bu səbəbdən mart ayında keçiriləcək Azərbaycan çempionatı haqda sizdən soruşmaq yerinə düşər. bu yarışa hazırlıq necədi ?

beynəlxalq yarışdan görüntü
beynəlxalq yarışdan görüntü

Respublika çempionatına kiçik turnirlərdən təşkil olunmuş yarışlarda idmançıları sınayıb hazırlayırıq.  Belə hazırlıq turnirlərini çox təşkil etmişik. İndi isə respublika çempionatına hamı hazırlaşır. Bu yarışa hamılıqla hazırlaşırıq, hazırlıq səviyyəsi yüksək səviyyədə təşkil olunacaq.  Respublika çempionatının nəticəsindən asılı olaraq 1,2,3 cü yeri qazanmış idmançılardan yığma komandanın tərkibi təşkil olunacaq və bu idmançılar Avroasiya çempionatında iştirak etmək üçün vəsiqə qazanacaqlar .

Rasim müəllim kollektivdən razısınızmı, ümümilikdə nizam intizam qaydaları hansı səviyyədədi? Bizə məlumdur ki, bəzi federasiyalar var ki, onların yarışlarında etik normalardan kınara çıxılır və xoşagəlməz hadisələr baş verir. Bunları önləmək üçün hansı addımlar atılır?

Deməzdim ki, biz yaxşıların yaxşısıyıq. Ancaq deyərdim ki, yaxşı olmaq üçün çox çalışırıq. Kiçik nöqsanlarımız var və onların aradan qaldırılması üçün işlər görürülür. Əsas biz çalışırıq ki, həm idmançılar, həmdə məşqçilər arasında əxlaq normalarına fikir verilsin. Çünki əxlaq və disiplin olmayan yerdə heç bir milli mənəvi dəyərlərin inkişafıdan söhbət gedə bilməz. Əsas məsələ idmançını tək fiziki çəhətdən yetişdirmək deyil, eyni zamanda əxlaqi cəhətdən yetişdirməkdir.

Hakimlər briqadası
Hakimlər briqadası

Biz bilirik ki, bütün federasiyalarda hakim problemi var.  Sadəcə maliyyə dəstəyi olan federasiyalar hakim formalaşdırmaqda çətinlik çəkmir. Bəs Alpaqut federasiyasında bu problem necə aradan qaldırılır.

Bu sahədə hər zaman iş görülür. Biz əsasən çalışırıq ki, könüllü hakimlər yetişdirək. Eyni zamanda köhnə idmançılardan bu işə cəlb edək.

Federasiyanın idmançıları xarici ölkələrdə keçirilən digər idman növlərindədə iştirak etdir. Xüsusilədə Sizin rəhbərlik etdiyiniz beynəlxalq döyüş növləri təşkilatlarında, eyni zamanda free faytinq təşkilatında. Qarşıda xarici ölkələrdə keçirilən  hansı yarışlarda iştirak etmək planda var?

Bu yaxınlarda Rusiyada hərbiçilər və xüsusi təyinatlılar arasında festifal keçiriləcək və orada free faytin üzrə və digər döyüş sistemləri üzrədə yarışlar keçiriləcək. Hal hazırda bu yarışlarda iştirak etmək üçün səfər planlaşdırırıq.

Respublika çempionatı ərəfəsində Alpaqut klubları və idmançılarına sözünüz ?

Bütün klublara yarışa ciddi  hazırlaşmağa səsləyirəm. Hamıya uğurlar və qələbə arzu edirəm.

 

Müsahibəni götürdü: Rəsul Rəhimov