Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl
Federasiya tərəfindən təsdiqlənib

Klub

İmarət Fight Club

Bakı — Nəsimi · Bakı İstanbul Liseyi

  • Yaş7+ yaş
  • MəşqHəftədə 3 gün
Səhifəni paylaş

Rəhbər və məşqçi

Kərimov İsrail İsmayıl oğlu — Alpaqut çapanında ÜSTÜNGÜ
Sədr və baş məşqçi

Kərimov İsrail İsmayıl oğlu

BUYRUKALP (ÜSTÜNGÜ)
İdmanda
14 il
Məşqçilikdə
3 il

Vəzifələri

  • «İmarət Fight Club» klubunun sədri və baş məşqçisi
  • Bakı İstanbul Liseyində Alpaqut dərsləri keçir

İdman bioqrafiyası

İsrail Kərimovun uşaq yaşlarından döyüş idman növlərinə marağı yaranıb. Bir neçə döyüş növü (qarışıq döyüş, qrepplinq, kempo və qocu-ryu) üzrə dəfələrlə ölkə çempionu olub, beynəlxalq yarışlarda uğur qazanıb. Qarışıq döyüş növləri üzrə peşəkar səviyyədə 2 döyüş keçirib, ikisində də qalib gəlib. Qrepplinq üzrə Avropa çempionatında 3-cü yeri tutub.

2025-ci ildən Alpaqut üzrə ixtisasdəyişmə kurslarında və seminarlarda iştirak edərək Alpaqut üzrə məşqçilik fəaliyyətinə başlayıb.

«İmarət Fight Club» klubunun sədri və baş məşqçisidir. Bakı İstanbul Liseyində də Alpaqut dərsləri keçir. Uzun illər müxtəlif döyüş klublarında («Baku Fight Club», «Grappland» və başqaları) məşq edib, gənc idmançıların yetişdirilməsində iştirak edir.

Məşqə yazıl Məşqçinin səhifəsi — paylaşmaq üçün