ÜSTÜNGÜ Məmmədov Vüqar Ələkbər oğlu
BUYRUKALP (ÜSTÜNGÜ)- İdmanda
- 33 il
- Məşqçilikdə
- 24 il
Vəzifələri
- Hacıqabul Alpaqut Filialının sədri və baş məşqçisi
İdman bioqrafiyası
Vüqar Məmmədov 1978-ci ildə doğulub. 1993-cü ildən peşəkar idmanla məşğuldur. Əlbəyaxa döyüş və karate təlimləri alıb. Kyokuşin karate və güləş üzrə müxtəlif yarışların mükafatçısı olub, məşqçisi Məhəmmədəli Mirzəyev olub.
1997-ci ildə xüsusi təyinatlı bölmədə əlbəyaxa döyüşçü kimi seçilib. Dəfələrlə müxtəlif döyüş növləri üzrə respublika çempionatlarının qalibi və mükafatçısı olub. Qarışıq döyüş və sərbəst döyüş növləri üzrə müxtəlif idman dərəcələri alıb, qarışıq döyüş üslubları üzrə 1-ci dan (A kateqoriyası) sahibidir.
1999-cu ildə Hacıqabul şəhərində ilk idman zalını açıb, 2002-ci ildən aktiv məşqçilik fəaliyyəti ilə məşğuldur. Yarışlar və dərəcə imtahanları təşkil edib, beynəlxalq seminarda fərqlənib.
Alpaqut Turan Döyüş Sənəti ilə 2025-ci ildə tanış olub, yarışlarda iştirak edib. Tələbələri yarışlarda yüksək nəticələr qazanıblar.
Hazırda Hacıqabul Alpaqut Filialına rəhbərlik edir. Filialın məşqləri Hacıqabul şəhərindəki 9 nömrəli tam orta məktəbin idman zalında 7–19 yaşlı uşaq və gənclərlə keçirilir.
Nailiyyətlər
- Döyüş növləri üzrə müxtəlif turnir və çempionatların qalibi və mükafatçısı
TəhsilOrta təhsil
Məşqə yazıl Məşqçinin səhifəsi — paylaşmaq üçün