Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl
Federasiya tərəfindən təsdiqlənib

KlubSuraxanı Alpaqut Filialı

Alpbars döyüş növləri klubu

Bakı — Suraxanı · Qaraçuxur qəsəbəsi, 318 saylı orta məktəb

  • Yaş5+ yaş
  • MəşqHəftədə 3 gün
  • Aylıq haqq50 AZN
Səhifəni paylaş

Rəhbər və məşqçi

Salmanzadə Tural İlqar oğlu — Alpaqut çapanında I SAN
Sədr və baş məşqçi

Salmanzadə Tural İlqar oğlu

YARĞAN (I SAN)
İdmanda
22 il
Məşqçilikdə
8 il

Vəzifələri

  • «Alpbars» döyüş növləri klubunun sədri və baş məşqçisi
  • 2024-cü ilə qədər — Suraxanı filialının sədri və CAYMAZ disiplininin rəhbəri

İdman bioqrafiyası

Tural Salmanzadə — döyüş sənətləri və güləş üzrə idmançı, məşqçi və beynəlxalq dərəcəli hakimdir.

Alpaqut, kyokuşin karate və yunan-Roma güləşi ilə məşğul olub, müxtəlif səviyyəli yarışlarda iştirak edərək respublika və dünya çempionu adını qazanıb.

İdman fəaliyyəti ilə yanaşı, məşqçilik və hakimlik edir. Alpaqut üzrə YARĞAN (I SAN) dərəcəsinin sahibi və beynəlxalq dərəcəli hakim kimi idmançıların hazırlanmasında, yarışların idarə olunmasında və döyüş sənətlərinin inkişafında iştirak edir.

Hazırda «Alpbars» döyüş növləri klubunun (Alpbars Martial Arts Academy) rəhbəri və məşqçisidir: uşaqların, yeniyetmələrin və gənclərin fiziki və döyüş hazırlığı, onların respublika və beynəlxalq yarışlara hazırlanması ilə məşğuldur.

Əsas prinsipləri intizam, əzm, hörmət, sağlam həyat tərzi və yüksək idman ruhudur.

Nailiyyətlər

  • Yunan-Roma güləşi üzrə Bakı birinciliyi — 1-ci yer
  • Kyokuşin karate üzrə respublika çempionu və beynəlxalq yarışların mükafatçısı
  • Alpaqut Turan Döyüş Sənəti üzrə dünya çempionu

TəhsilAzərbaycan Dövlət İqtisad Universiteti

Məşqə yazıl Məşqçinin səhifəsi — paylaşmaq üçün

Məşq cədvəli

5–12, 12–15, 15–18 yaş və 18 yaşdan yuxarıAylıq 50 AZN B.e.Ç.a.Ç.C.a.C.Ş.B. 19:00 – 20:30

Təlim və tədris planı

Filiallar üçün vahid təlim və tədris planı (2026/2027)Bütün filial, bölmə və klublarda məşqlər Azərbaycan Alpaqut Federasiyasının vahid planı ilə keçirilir.

Klub haqqında

Klubun əsas fəaliyyət istiqaməti uşaqların, yeniyetmələrin və gənclərin fiziki hazırlığını, intizamını, çevikliyini, dözümlülüyünü və özünümüdafiə bacarıqlarını inkişaf etdirməkdir.

Klubda təlimlər yaş qruplarına və idmançıların hazırlıq səviyyəsinə uyğun təşkil olunur.

Alpbars döyüş növləri klubu idmançıların sağlam həyat tərzinə cəlb olunmasına, yarış təcrübəsi qazanmasına, respublika və beynəlxalq yarışlarda iştirak etməsinə şərait yaradır.

Məqsədimiz sağlam, intizamlı, güclü və məqsədyönlü gənclər yetişdirmək, Azərbaycanı ölkə daxilində və beynəlxalq arenada layiqincə təmsil edəcək idmançıların hazırlanmasına töhfə verməkdir.