Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Federasiyada struktur dəyişikliyi: Fərid Əlizadə Beynəlxalq Əlaqələr və İnformasiya Texnalogiyaları üzrə Vitse-Prezident təyin olundu.

· 2 dəqiqəlik oxu

Farid Alizade

Farid_AlizadeFederasiya prezidenti Vasif Namazovun əmrinə əsasən, Federasiyanın Maliyə və Qrand layihələr üzrə Vitse-Prezidenti Fərid Əlizadə hal hazırki tutduğu vəzifədən azad olaraq Federasiyanın Beynəlxalq Əlaqələr və İnformasiya Texnalogiyaları üzrə Vitse-Prezidenti təyin olundu.

Əlizadə Fərid Azad oğlu 1985-ci il Sentyabr ayının 18-də Bakı şəhərində anadan olmuşdur. 1992-ci ilin Sentyabr ayında Bakı şəhəri, Nərimanov rayonunun 200 saylı orta məktəbində ilk təhsilini başlamışdır. Yaşayış yerinin dəyişilməsi ilə əlaqədar olaraq 1993- cü ildə Binəqədi rayonunun 3 saylı orta məktəbinə, 1998- ci ildə isə Nəsimi rayonunun 164 saylı (riyaziyyat təmayüllü) orta məktəbində təhsilini davam etdirmişdir. 2003-cü ildə orta məktəbi fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə qəbul olmuşdur. 1998-ci ildən şirkət işlərinə ştatdankənar yiyələnməsinə baxmayaraq, kommersiya işlərini daha yaxından öyrənmək məqsədi ilə 2006-cı ilin Mart ayından, şirkət yaratmış və sahiblik etmişdir. 485538_364322687002749_1820106641_n2007-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuş, Beynəlxalq İqtisadi Münasibətlər ixtisasına yiyələnmişdir. Həmin ilin İyul ayında hərbi vəzifəsini yerinə yetirmək üçün hərbi xidmətə yollanmışdır. 2008-ci ildə “N” saylı hərbi hissədə çəkdiyi hərbi xidməti başa çatdıraraq hal-hazırda məşğul olduğu biznes işləriylə işini davam etdirir. 2009-cu ilin əvvəllərindən “İrəli” İctimai Birliyinin fəal üzvlərindən sayılır və Nəsimi rayonu üzrə cəmiyyətin koordinatorluğunda ön planda fəallığını göstərmişdir.IMG_2165 2010-cu ildə Bakı Dövlət Universitetinin Hüqüq fakultəsinin qiyabisinə daxil olmuş və hal-hazırda da təhsilini qiyabi olaraq davam etdirməkdədir. Xarici ölələrdə keçdiyi müddətli təhsillərdən, Dərəcəli Sertifikatlara yiyələnmişdir. 2012- ci ilin Sentyabr ayından etibarən Federasiyanın Maliyə və Qrand layihələr üzrə Vitse-Prezidenti vəzifəsini uğurla icra etmiş, bir çox məsələlərdə etdiyi təklifləri Federasiyaya yeni uğurlar gətirmişdir.

Federasiyanın kollektivi Fərid müəllimi yeni görəvi münasibətilə təbrik edir və ona işlərində uğurlar diləyir!

www.faridalizade.com

Bu tədbirin bütün fotoları (3)

Paylaş: Facebook WhatsApp Telegram X