1383219_581823015210973_2102384882_n5 oktyabr 2013-ci il tarixdə Rəşid Behbudov adına Mahnı Teatrında “Türk Dünyası Birliyi Günü”nə həsr olunmuş vətənpərvərlik konsert proqramı keçirildi. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi  və “Müasir İnkişaf” İctimai  Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirdiyi bu mötəbər tədbirdə  Federasiyanın rəhbərliyi iştirak etdi.
Tədbirin açlış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Zamin Əhmədov, “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü çıxış edərək. Bayram münasibətilə hamını təbrik etdi.

Qeyd edək ki, konsert proqramında bir çox tanınmış sənət adamları çıxış edib, müxtəlif türk xalqlarına məxsus rəqslər nümayiş olunub.

Tədbirin mühafizəsi  Federasiyanın  idmançılarından təşkil olunmuşdu.