Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Alpaqut Turan Döyüş Sənətinin qurucusu Kutsan Vasif Namazovun Çempion qəzetinə müsahibəsi

· 5 dəqiqəlik oxu

10151137 10205380362136843 3084239150101926320 n

10151137_10205380362136843_3084239150101926320_nAlpaqut (tam adı: “Alpaqut” Turan Döyüş Sənəti) — Turan döyüş sistemlərini özündə birləşdirən döyüş sənətidir. Türk xalqlarının qədimdən yaşayan döyüş sənətlərindən götürülmüş və müasir döyüş sistemləri ilə sintezləşdirilmiş bir döyüş növüdür. Türk soylu xalqlarının qədim döyüş mədəniyyətinə malik, eyni zamanda yüksək təlim və imtahan proqramlı, yarışma qaydaları 3 sistemdən ibarət bu döyüş sənətinin adının anlamı “Alpaqut” (Alp: döyüşçü, Qut: qutsal (kutsal), müqəddəs) — Müqəddəs Döyüşçü mənasındadır. Alpaqut Turan Döyüş Sənəti, Türk Döyüş Sənətləri üzrə araşdırmaçı, Beynəlxalq Dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən qurulmuşdur. Bu döyüş sənəti Türk xalqlarının döyüş sənətlərindən qaynaqlandığı üçün,Turan sözü əlavə olunmuşdur. (Turan: türksoylu xalqların vətəni ) Alpaqut Turan Döyüş Sistemləri deyərkən, burada Alpaqut Döyüş Sənətinin daxilində olan 3 sistemli yarışma qaydaları nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, bu döyüş sənətinin inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında Beynəlxalq İdman Təşkilatı rəsmən fəaliyyət göstərir. Federasiya 12.02.2014-cü ildə Beynəlxalq Təşkilat kimi rəsmi qeydiyyatdan keçmişdir. Prezidenti Başad Fərid Əlizadədir.

Alpaqut Turan Döyüş Sənətinin qurucusu Vasif Namazov bu idman növü haqqında olan suallarımızı cavablandırıb.

-Vasif müəlllim, Alpaqut idman növü Azərbaycana nə vaxt gəlib?

– Alpaqut döuüş sənəti Azərbaycana gəlməyib Azərbaycanda qurulub. Biz ilk əvvəl başqa ad altında Federasiya kimi fəaliyyət göstərirdik. Daha sonra isə həmin addan imtina etdik.  Mən öz yolumu seçdim və yeni döyüş sənəti konsepsiyası qurmağı düşündüm.

-Azərbaycanda bu döyüş sənəti ilə məşğul olan neçə tələbə və məşq keçən dərsləriniz var?

-Biz 5 ildən artıq müddətdir ki, fəaliyyət göstəririk. 15 dən çox rayonda filiallarımız var. 1000 nəfərdən çox üzvümüz var. Ümümilikdə 50 dən çox məşqçi qeydiyatdadır ancaq onların 20-yə yaxını məşq keçər.

-Bu idmana Azərbaycanda maraq yaratmaq üçün hansı işlər görülür?

-Bildiyiniz kimi döyüş növlərinə maraq fərqli olur. Ümümiyyətlə döyüş növlərinə baxsaq görərik ki, bir çox populyar döyüş növləri mif üzərində qurulub. Məhz bunun nəticəsidir ki, insanlar döyüş sənətilə məşğul olarkən orda olan fəlsəfi təsirlərdən ideadan uzaqlaşa bilmir və bunu daha da təbliğ edir. Bunu əsasən döyüş sənətini quranlar məqsədli şəkildə edirlər. İlahiləşdirirlər. Nəticədə bu xəstəliyə yoluxan idmançı olur fanatik və gözü heç bir başqa idmanı görmək istəmir. Belə olan halda həmin idman növünün federasiyası böyük pullar qazanır. Alpaqut Turan döyüş sənətinə gəldikdə isə burda mif yaratmağa ehtiyac yoxdur, kütlənin marağını çəkəsən. Bizim babalarımız tarixdə döyüş mədəniyyətinin bünövrəsini qoyublar. Bizdə bu döyüş mədəniyyətindən istifadə edərək müasir texnikalarla və qədim ənənələrlə döyüş sənəti formalaşdırmışıq. Buna görədə Alpaqutda maraq yaratmağa ehtiyac qalmır. Alpaqut özü başdan ayağa maraqdır. Bunun üçün sadəcə biraz tarixə nəzər salmaq lazımdır.

-Vasif müəllim Alpaqut döyüş növü yarışları necə keçirilir?

-Alpaqut döyüş sənətinin yarışma qaydaları 5 sistemdən ibarətdir. Bu sistemlər belə adlanır: 1-ci sistem: Ayça, 2-ci sistem: Batur, 3-cü sistem: Caymaz, 4- cü sistem Qurşaq, 5-ci sistem isə Kaçut adlanır. Qısa olaraq bu sistemləri əlifba sırasıyla A, B, C, Q, K –  da adlandırmaq olar. Hər bir sistemdə iki çevrə var 3*3 qurd çevrəsi və 6*6 şahin çevrəsi. İlk əvvəl qurd çevrəsində 1 dəqiqə döyüşmək lazimdir. Məhz buna görədə idmançılar məcbur olub fiziki cəhətdən bərk möhkəm olmaq üçün məşq edirlər. 1 dəqiqə bitdikdən sonra Şahin çevrəsi olur. Burda isə sərbəst azad döyüşdən söhbət gedir. Ayça sistemində əl ilə üzə zərbə yoxdur. Bədənə vurmaq isə mümkündür. Ayaqla isə istənilən nahiyəyə zərbə vurmaq olar, yalnız kürəkdən başqa. Eyni zamanda aypara sistemində atma fəndləri və Ayça fəndləridə var. Ancaq atmadan sonra yerdə boğuşmaq qadağandır. Batur sistemində isə tam fərqlidir. Burada əl ilə üzə zərbə var və yerdə sındırıcı boğucu fəndlərə də icazə verilir. Lakin burada 15 yaşına qədər olan idmançılar üçün yerdə vurması qadağandır. 15-17 yaşına qədər idmançılar isə yerdə ancaq bədənə yumruqla vura bilər. 18+ idmançlar da isə yerdə başa tam vurmağa icazə verilir. Caymaz sistemi əsasən ayaq üstü döyüşdən ibarətdir. Əl ilə başa və bədənə, eyni zamanda ayaqlarla başa və bədənə vurmağa icazə verilir. Atma fəndləri qadağandır ancaq 1 saniyə ərzində tutaraq ayaqüstü badalaq etmək olar.

Rasım Məmmədli

Çempion Qəzeti

http://cempion.az/turan-doyus-s%C9%99n%C9%99ti-alpaqut/

Paylaş: Facebook WhatsApp Telegram X