Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

16.11.2014 -cü il Alpaqut Turan Döyüş Sənəti üzrə, Azər Eyvazovun xatirəsinə həsr olunmuş Bahadır Oyunları keçirildi

· 2 dəqiqəlik oxu

10469284 547822488652457 6359639398223297550 o

10730891_547825598652146_716644576413312160_n16.11.2014 -cü il Sumqayıt Paralimpia İdman kompleksində, Alpaqut Turan Döyüş Sənəti üzrə, Azər Eyvazovun xatirəsinə həsr olunmuş Bahadır Oyunları keçirildi. Yarışda Bakı komandalarından Nərimanov, Binəqədi, Suraxanı, Sabunçu, Nv Faytinq klub, Vaşaq klubu, Azər Eyvazov adına idman klubu, Sumqayıt Alpaqut klubu, Neftçala, Xaçmaz, Ağcabədi və s komandalardan ibarət 150 ə yaxın idmançı iştirak etdi.

10389140_547825811985458_1189640987553965152_n

 

 

 

Komandalar Alpaqut Turan Döyüş Sənətinin Aypara, Batur və Caymaz sistemində mübarizə apardı. Aypara Sistemi üzrə: 1 yer Suraxanı, 2 yer, Nərimanov, 3 Yer Neftçala,  Batur Sistemi üzrə: 1 yer Sumqayıt, 2 yer Vaşaq klubu, 3 yer Nv Faytinq, Caymaz sistemi üzrə: 1 yer Azər Eyvazov adına idman klubu, 2 yer Nərimanov, 3 yer Sumqayıt komandaları müəyyənləşdi.

1939437_547823115319061_6623819910096812884_nYarışın Açılış Mərasimində Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov çıxış edərək şəhid Azər Eyvazovun timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərə Tanrıdan rəhmət dilədi və gəncləri qorxmaz, cəsur olmağa eyni zamanda hər an vətənin müdafiəsi üçün hazır olmağı aşıladı.

Daha sonra şəhid Azər Eyvazovun atası Eyvaz Eyvazov çıxış etdi. O, bütün şəhidlərə rəhmət diləyərək, eyni zamanda Azərbaycan Alpaqut Federasiyası rəhbərliyinə, eləcədə bu yarışda iştirak edən komandaların rəhbərlərinə və idmançılarına və bütün zəhmət çəkənlərə minnətdarlığını bildirdi.

1978890_547829258651780_3877579353391744501_n

Növbəti çıxış üçün sözü AAF nin vitse prezidenti Musa Abdullayev aldı. O, Gəncləri pis vərdişlərdən çəkinməyə və müqəddəs amallar uğrunda mübarisə aparmağa səslədi və bunun üçün Alpaqut Turan Döyüş sənətinin ən gözəl vasitə olduğunu qeyd etdi.

10455823_547829481985091_1671571791664148585_n

 

Sonda Sumqayıt Gənclər və İdman Baş  İdarəsinin Nümayəndəsi çıxış etdi. O, İdman idarəsinin  bu yarışı dəstəklədiklərini qeyd etdi və idmançılara uğurlar arzuladı.

 

 

Qeyd: Yarışı Azərbaycan Alpaqut Federasiyası, Azər Eyvazov adına idman klubu və Sumqayıt Alpaqut filialı  tərəfindən yaradılmış təşkilat komitəsi həyata keçirdi.

10407932_547826381985401_4035560783296370770_n1966918_547822645319108_4156265219944445624_n

 

 

 

 

 

 

 

FOTOQALEREYA 

Bu tədbirin bütün fotoları (8)

Paylaş: Facebook WhatsApp Telegram X