Alpaqut üzrə Şəhidlərin xatirəsinə həsr olunmuş turnir başa çatdı

27.10. 2015-ci il Azərbaycan Alpaqut Federasiyası və Free Fayt klubu, Suraxanı rayon İdman və Gənclər idarəsi ilə birgə Azərbaycanın suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsinə olunmuş Alpaqut milli döyüş sənəti üzrə turnir təşkil etdi. . Yarışın əsas məqsədi milli dövlətçilik ideyalarını aşılamaq, vətənpərvərlik ruhunu qaldırmaq, şəhidlərin xatirəsini yad etməkdən ibarət idi.
Turmirdə Bakının ( Suraxanı, Nərimanov, Binəqədi ), Abşeron, Sumqayıt, Xaçmaz ,Şəmkir, Agcəbədi və «Azər Eyvazov adına idman klubu” , Toğrul idman klubu və s komandalarından ibarət 200 nəfər çox idmançı iştirak etdi. Komandalar Alpaqut döyüş sənətinin Aypara və Batur və Free Fayt üzrə döyüş sistemlərində mübarizə apardılar.
Qeyd: Yarış Azərbaycan Alpaqut Federasiyasının batur sistemi üzrə vitse prezidenti Rasim Eyvazov tərəfindən təşkil olunmuşdu.






