Alpaqut Turan döyüş sənəti üzrə Ümümrespublika seminarı

Alpaqut Turan döyüş sənətinin müəllifi Azərbaycan Alpaqutları üçün Bakıda seminar keçirib.
06.01.2019 cu il tarixində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində Azərbaycan Alpaqut Federasiyasına daxil olan hakimlər və məşqçilər üçün ümumrespublika seminarı keçirilib. Seminara 50-yə yaxın bölgədən gəlmiş AAF-nin Filial və Klub rəhbərləri, məşqiçilər və federasiyanın Hakimlər Kollegiyalarının üzvü olan hakimlər qatılıb.
Seminar Dünya Alpaqut Fedarasiyası İdarə Heyətinin sədri, Alpaqut Turan döyüş sənətinin müəllifi Kutsan Vasif Namazov tərəfindən keçirilib. Vasif Namazov seminarda Alpaqut Döyüş növünə daxil olan 4 növ: Aypara, Batur, Caymaz, Qurşaq sisteminin texnalogiyasından danışıb və bu döyüş sistemlərinin qaydalarını izah edib .
Sonda seminarda iştirak edən 9 hakim A və B kateqoryalarına layiq görülüb. Ümumilikdə Alpaqut Federasiyası ilə əməkdaşlıq edən 5 müxtəlif – “Qalxan” “STM Arktika”, “MOİK”, “Avatar” və “S 1” idman klublarına lisenziyalar verilib. 26 məşqçi qayda-qanunla tanış olaraq Alpaqut Döyüş Sistemi üzrə yarışlarda etiraz etmək üçün protesta kartı almaq hüququnu qazanıblar.
Seminar iştirakçılarına, həmçinin Azərbaycan Alpaqut Federasiyasının yeni təyin olunmuş təşkilati və hümanitar məsələlər üzrə vitse-prezidenti Hüseyn Babayev təqdim edilib.
Azərbaycan Döyüş Federasiyaları Asossasiyasının prezidenti, əməkdar idman ustası, Toraman Alpaqut (Fəxri Alpaqut) Azər Həsənsov və AAF-nin prezidenti, Başad Qüdrət Nuriyevdə seminarda iştirak edib və izləyiblər.


























