Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

A.A.F-sı Dünya Azərbaycanlılarının həmrəylik və Yeni 2015 ci ilin gəlişi münasibəti ilə bayram şənliyi keçirdi.

· 1 dəqiqəlik oxu

10881482 568271789940860 7905701190899359996 n

10881482_568271789940860_7905701190899359996_nAzərbaycan Alpaqut Federasiyası Dünya Azərbaycanlılarının həmrəylik və Yeni 2015 ci ilin gəlişi münasibəti ilə bayram şənliyi keçirdi. Tədbirdə federasiya üzvləri, İçtimaət nümayəndələri, Mediya və İncəsənət sahəsindən olan insanlar iştirak etdi. İlk öncə söz Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov verildi. O, qonaqları salamlayaraq bayram münasibətilə hamını təbrik etdi. Daha sonra isə AAF-ın təsdiq etdiyi 2014-cü ilin ən yaxşı nəticə göstərmiş idmançıları diplomlarla təltif olundu.

İlin ən yaxşı idmançısı adına layiq olan idmançılar bunlardır.

Yeniyetmələr qızlar arasında:  Əliyeva Vilayət –  Beynəlxalq Turnirdə ən yaxşı nəticəyə görə

Qadınlar arasında: Nuriyeva Kifayət –  Beynəlxalq Turnirdə ən yaxşı nəticəyə görə

Yeniyetmə oğlanlar arasında:  Əliyev Tofik –Beynəlxalq Turnirdə ən yaxşı nəticəyə görə

Kişilər arasında: Hacıyev Oruc – Beynəlxalq Turnirdə ən yaxşı nəticəyə görə

 

Sonra söz Alpaqut Turan Döyüş sənətinin qurucusu Kutsan Vasif Namazova verildi. O, bütün tədbir iştirakçılarına birlikdə həmrəy olaraq bayram şənliyində iştirak etdiklərinə görə təşəkkür etdi. Daha sonra isə Alpaqutun inkişafına göstərdiyi xidmətlərə görə Arzu Eyvazova, Musa Abdullayev, Yaqub İbrahimovu diplomlarla təltif etdi.

 

 

 

 

 

FOTO QALEREYA

Bu tədbirin bütün fotoları (9)

Paylaş: Facebook WhatsApp Telegram X