Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Alpaqut döyüş sənəti üzrə, 1-ci açıq respublika çempionatını başa çatdı.

· 2 dəqiqəlik oxu

10403074 587635071337865 2534960544504484325 n

10429424_587635428004496_4272754104555217529_nAzərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Alpaqut Turan Döyüş Sistemləri Mərkəzinin birgə keçirdiyi , 22 fevral 2015-ci il  tarixində, Turan ( Ümümtürk ) Döyüş Sənəti olan, Alpaqut döyüş sənəti üzrə, 1-ci açıq respublika çempionatını başa çatdı.

Çemoionat Bakı şəhər, Şağan Olimpia idman kompleksində təşkil olunmuşdu. Çempionatda Ağcəbədi, Bakı, (Suraxanı, Nərimanov, Binəqədi rayonları), Sumqayıt, Şabran, Qazax, Mingəçevir, “Azər Eyvazov adına” idman klubu, Mərd idman klubu, Vaşaq Klubu, və Alp İdman klubu, Qartal Peşəkar idman klublarının idmançılarından ibarət 120 nəfər idmaçı iştirak etdi. Komandalar Alpaqut turan döyüş sənətinin Aypara, Batur, Caymaz sistemlərində mübarizə apardılar. Komanda hesabı üzrə Aypara Sistmei üzrə Suraxanı 1 yer, Nərimanov 2 yer, Binəqədi 3 yer, Batur Sistemi üzrə, Sumqayıt 1, Alpturan 2 yer, Lokomotiv 3 yer, Caymaz Sistemi üzrə Qartal idman klubu 1 yer, Qazax 2 yer, Nərimanov 3 yer qazandılar.

1510815_587634444671261_6987694108860286215_nAAF prezidenti Aqil Acalov: “ İlk dəfə olaraq respublika çempionatını keçirdirdik. Əslində bu bir ilk olduğu üçün bəlkədə biraz tələsdik. Ancaq ən önəmlisi o idi ki, biz Alpaqutun rəsmi olaraq respublika çempionatını keçirdik. Əslində hava ilə əlaqədar olaraq yarışı təxirədə salmaq istədik. Ancaq belə bir qərar aldıq ki, nə mane olursa olsun yarış baş tutmalıdır. Biz gözlədiyimizdəndə artıq, yüksək səviyyədə yarış baş tutdu. Bütün komandalara və müəllimlərə, hakimlərə dərin təşəkkürümü bildirirəm. Xüsusilə Bizi dəstəkləyən Ulduz Şokalad fabrikinin və Veysəloğlu şirkətinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.”

 

11017509_587635174671188_37644544150135307_nQEYD: “ALPAQUT” DÖYÜŞ SƏNƏTİ – Türk xalqlarının qədimdən yaşayan döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilmiş bir döyüş sənətidir. Məhs buna görədə bu döyüş sənəti Alpaqut Turan (Turan: türksoylu xalqların vətəni) Döyüş sənəti kimi tanınır.

“Alpaqut” adının anlamı (ALP: döyüşçü, QUT: qutsal (kutsal), müqəddəs) — Müqəddəs Döyüşçü mənasındadır.

 

 FOTOSESIYA

Bu tədbirin bütün fotoları (6)

Paylaş: Facebook WhatsApp Telegram X