Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir başa çatdı

· 3 dəqiqəlik oxu

11303699 10202993838407099 820045727 n

11354761_10202993838607104_559041000_n 10 may 2015-ci il Azərbaycan Alpaqut Federasiyası, Suraxanı rayon İdman və Gənclər idarəsi ilə birgə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Alpaqut milli döyüş sənəti üzrə  turnir təşkil etdi. Qeyd edək ki, bu turnir ənənəvi xarakter daşıyır və Azərbaycan Alpaqut Federasiyası hər il mütamadi olaraq bu türniri müxtəlif rayonlarda təşkil edir. Yarışın  əsas məqsədi Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ideyaları, onun memarı olduğu gənclər və idman siyasətini yetişməkdə olan gənc nəslə aşılamaqdır.

Turmirdə Bakının ( Suraxanı, Nərimanov, Binəqədi ) Sumqayıt,  Agcəbədi və «Azər Eyvazov adına idman klubu” komandalarından ibarət 100 nəfər idmançı iştirak etdi. Komandalar Alpaqut döyüş sənətinin Aypara və Batur döyüş sistemlərində mübarizə apardılar. Komanda hesabı üzrə Aypara sistemi üzrə Suraxanı 1-ci yer,  Batur sistemi üzrə Nərimanov komandası 1-ci yeri qazandı.

11289672_10202993838367098_364268957_nAzərbaycan Alpaqut Federasiyasınınin vitse prezidenti Musa Abdullayev: “ Ümummilli Lider Heydər Əliyev Azərbaycanda idmanın inkişafına böyük qayğı göstərib. Onun bir fikri Azərbaycan idmançılarına verilən qiymətdir ki, o demişdir “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”. 

11256458_10202993838567103_525690699_nAzərbaycan Alpaqut Federasiyasınınin Baş Katibi Elşən Məmmədov: “ Bu gün bizdən aslı olmayan səbəbdən yarışı olimpia idman kompleksində keçirə bilmədik. Ancaq bir şeyi qeyd etmək istəyirəm ki, bu gün ki, yarışımız əvvəlki yarışlarımızdan daha nizam intizamlı şəkildə həyata keçirilir. Ümümiyyətlə biz qərara gəlmişik ki, bundan sonra böyük idman komplekslərindədə keçirdiyimiz bütün yarışlarda nizam intizam və qaydalara tam əməl olunsun. Düşünürəm ki, hər bir idmançının çıxdığı küncün rənginə  uyğun bütün ləvazimatları olmalıdır. Biz bundan sonrakı yarışlarımızdada məşqçilərdən bunu tələb edəcəyik. Çünki, bu federasiyanın idmançılarının səviyyəsini göstərən əsas amillərdən biridir.” 

Alpaqut Mətbuat Xidməti – Eyyub Kamaloğlu 
Mobil: (055 ) 789 77 16
E-mail: info@alpagut.az
www.facebook.com/alpagutaz
Paylaş: Facebook WhatsApp Telegram X