Şəmkirdə Alpaqut üzrə rayon birinciliyi keçirilib

İki sistem üzrə baş tutan yarışa 30-dan artıq idmançı (Alplar) qatılıb.

Azərbaycan Alpaqut Federasiyası Şəmkir Filialının rəhbəri Qabil Hüseynovun verdiyi məlumata görə dünən Alpaqut Turan döyüş sənəti üzrə Şəmkir birinciliyi keçirilib. Şəmkir şəhər “GRAVİTY” idman zalında baş tutan yarış Alpaqut Turan döyüş sənətinin Batur və Qurşaq sistemləri üzrə keçirilmişdi. Yarışda Şəmkir Filialı və Şəmkir Zəyəm-Cırdaxan bölməsinin idmançılarından 35 nəfər öz güclərini sınamışlar.
Qeyd edəkki, bu günüdək Alpaqut Turan döyüş sənəti üzrə 4 dəfə Şəmkir birinciliyi baş tutub.








