Rafiq Qasımov: “Azərbaycan Alpaqut Federasiyasının Prezident seçkiləri 26 mart 2018-ci il tarixində keçiriləcək.”
· 3 dəqiqəlik oxu
Xəbər verdiyimiz kimi martin 6 da Şağan İdman Olimpiya Kompleksində Alpaqun Turan döyüş sənəti üzrə IV Azərbaycan birinciliyi keçirildi. Çempionatin yekunları Azərbaycan Alpaqut Federasiyasının qarşıda duran prespektiv planları barəsində məlumat almaq üçün Federasiyanın baş katibi TEGİN Rafiq Qasımovla söhbətləşdik.
İlk sualımız çempionatın yekunları barədə oldu:
– Rafiq müəllim, Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan çempionatı arxada qaldı. Həmin yarışın əsas məsuliyyəti baş katib kimi Sizin üzərinizə düşürdü. Odur ki, çempionatin yekunlarını necə qiymətləndirırsiz?
– Bəli biz artıq IV Azərbaycan Çempionatını arxada qoyduq. Bu çempionat ötən bütün yarışlarımızdan daha keyfiyyətli və gur keçdi. Əsas odur ki, hakimlər və məşqiçilər arasında heç bir narazılıq olmadı. Bütün mübahisəli anlarda belə kompromisə getməyi bacardılar. Təbii ki, istər məşqçi, istərsə də sravi idmançı Federasiyanın daxili nizamnaməsini pozduqları halda cəza alırlar, bunu da heç bir şəxs pis qəbul etmir. Çünki bu bizim inkişafımız üçün müəyyən olunmuş təqdirə uyğun hallardır.
– Azərbaycanda Alpaqutun inkişafı üçün daha nələr düşünülür və qarşıda alpaqutçuları hansı yarışlar gözləyir?
– Qarşıdan gələn yarışlardan ilk öncə may ayında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Açıq Bakı Birinciliyi və bundan sonra beynəlxalq yarışlarda iştirakımız nəzərdə tutulur. Xüsusən hazırlıqlarımız ilin sonunda Bakı şəhərində keçiriləcək Alpaqut Turan Döyüş Sənəti üzrə I Dünya Çempionatına doğrudur. Federasiyanın inkişafı ilə bağlı isə gedən islahatların özünüz şahidi olacaqsınız.
– Bildiyimiz kimi, qarşıdan Federasiyada prezident seçkiləri gəlir. Siz, bu vəzifədə kimi görmək istərdiz?
– Qarşıdan gələn Azərbaycan Alpaqut Federasiyasının prezident seçkiləri barədə hələki, dəqiq bir söz demək olmaz. Çünki bizdə Federasiyanın prezident seçkiləri qapalı seçki yolu ilə keçrilir və Federasiya üzvü olan hər kəs öz namizədini seçmək hüququna malikdur.
– Umumiyyətlə hamı uçün maraqlıdır ki, federasiyada prezident seçkiləri nə vaxt olacaq və namizədlər kimlər olacaq?
– Azərbaycan Alpaqut Federasiyasının Prezident seçkiləri 26 mart 2018-ci il tarixində keçiriləcək. Namizədlər isə, Qüdrət Nuriyev, Qabil Hüseynov, Nuranə Şıxəliyeva, Kamil Yusubov, Fərid Əlizadə, Arzu Eyvazova. Lakin bununla da bitməyə bilər. 20 mart 2018-ci il tarixinə qədər özünü Azərbaycan Alpaqut Federasiyasının Prezidenti görmək istəyən hər bir şəxs namizədliyini irəli sürmək üçün qeydiyyatdan keçə bilər.