Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Qarabağda AAF-ın zona seminarı və üstüngü imtahani keçirildi

· 1 dəqiqəlik oxu

IMG 20210731 WA0090

Azərbaycan  Alpaqut  Federasiyası  31 iyul 2021-ci il tarixində Alpaqutun Qarabağ Regional Nümayəndəliyi Ağdam rayonunun Quzanlı Olimpiya İdman Kompleksində Alpaqut Turan Döyüş Sənəti üzrə zona seminarı keçirmişdir. Seminarda AAF-ın regional inkişafı üzrə vitse prezidenti TEGİN  Rafiq Qasımov Qarabağ Regional Nümayəndəliyinin sədri TEGİN Kənan Quliyev və AAF-ın Caymaz sistemi üzrə koordinatoru YRĞAN Elsevər Puri iştirak edərək idmançıların bilik və bacarıqlarını artırılması üçün texniki və nəzəri imkanlardan istifadə etmişlər. Seminarda AAF-ın Ağdam və Kəlbəcər filialından  ümumilikdə 60 idmançı iştirak etmişdir. Seminardan sonra isə Alplar , Alpataçlar  və Bilginalplar Kəmər üstüngü imtahanı  vermişlər. Kəmər üstügü imtahanında Ağdam və Kəlbəcər filialından 24 idmançı müxtəlif kəmər üstüngülərinə uğurla imtahan vermişdi, bu imtahandan sonra isə Ağdam ,Laçın, Kəlbəcər Suraxanı və Nizami filialından  6 nəfər Bilginalp

  1. Məmmədov Tural
  2. Emil Hüseynov
  3. Alışov Ramin
  4. Məhərrəmov Bədir
  5. Cabbar Mirməhəmməd
  6. Yolçuyev Zaməddin

Gərgin imtahan prosesindən keçərək qara kəmər Yarğan üstüngünə layiq görülmüşlər.

İmtahan komissiyasının üzvləri

TEGİN Kənan Quliyev

TEGİN Elsevər Puri

İmtahan komissiyasının sədri

TEGİN Rafiq Qasımov

Bu tədbirin bütün fotoları (7)

Paylaş: Facebook WhatsApp Telegram X