Psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə seminar keçirilib.

22 fevral 2023-cü il tarixində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə, BŞGİBİ-nin akt zalında Alpaqut federasiyasının məşqçi və hakim heyəti üçün, idmançıların, məşqçilərin və hakimlərin fiziki dayanıqlılıqla yanaşı psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə seminar keçirilib. Seminarın açılış məqsədi ilə ilk olaraq Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış etdi və dövlət himni səsləndirilib, sonra Dünya Alpaqut Federasiyasının Azərbaycan Nümayəndəliyinin vitse prezidenti KÜRŞAD Rafiq Qasımov və Dünya Alpaqut Federasiyasının vitse prezidenti Emil Rəhimov çıxış edərək seminarın faydalarından və əldə ediləcək nəticələrin əhəmiyyətindən danışıblar.
Bundan sonra isə seminarın əsas hissəsinə start verilib, beləki seminarı başlamaq üçün söz, professor, 160-dan cox elmi əsərin müəllifi və həmmüəllifi pisxoloq Elmar Asif oğlu Hüseynova verilib.
Təxminən iki saat çəkən seminardan məşqçi və hakimlərimiz çox məmnun olduqlarını bildiriblər.
Seminarın sonunda isə Alpaqut Turan Döyüş Sənəti üzrə bir sıra hakimlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsnifat normativlərinə uyğun olaraq idman hakimliyi dərəcələri ilə təltif olunublar.
Bu və bu kimi tədbirlərin və yarışların keçirilməsində hər zaman bizə dəstək olmaqla və eynən, hər zaman bizim yanımızda olan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin kollektivinə Alpaqut ailəsi olaraq dərin təşəkkürümüzü bildirirəm.
AAF-ın vitse prezidenti Rafiq Qasımov





