Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Milli Yaylaq Festivalında Azərbaycan Alpaqutları da fəal iştirak edib

· 2 dəqiqəlik oxu

1564397161 67218471 763189237417358 1773178506579017728 n

Azərbaycanda milli və yaylaq ənənələrinin yaşadılması məqsədilə iyulun 26-29-də keçirilən Milli Yaylaq Festivalına Azərbaycan Alpaqut Federasıyasının idmançıları da qatılmışdı.

BAKU.NEWS xəbər verir ki, Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, nadir konsepsiya əsasında təşkil olunan ilk Milli Yaylaq Festivalına 16 ölkədən qatılan minlərlə iştirakçı-turist etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələrlə tanış olublar.

El şənliyində yaradılan mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları qonaqların diqqətini çəkib. Türkün qədim döyüş sənəti olan Alpaqut idman növü də bu festivalda nümayiş etdirildi. Alpaqut Turan döyüş sənətinin müəllifi Kutsan Vasif Namazov başda olmaqla Azərbaycan Alpaqut Federasiyasının rəsmi şəxsləri, həmçinin 20-yə yaxın müəllim və idmançıları da Milli Yaylaq Festivalında fəal iştirak etmişlər. Festivalın 2-ci və 3-cü günlərində Alpaqutlar nümunəvi çıxışlar etmiş, Aypara, Batur, Caymaz və Qurşaq sistemləri üzrə döyüş növlərini, eləcədə ox atma yarışını festeval iştirakçıları qarşısında göstərmişlər. Milli Yaylaq Festivalının ruhuna uyğun olan bu cür çıxışlar yerli və xarici qonaqlar tərəfindən alqışlarla qarşılanmışdı.

Dünən başa çatan festival Gədəbəy Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilmişdi.

Paylaş: Facebook WhatsApp Telegram X