ÜSTÜNGÜ - İdmanda
- 21 il
- Məşqçilikdə
- 1 ildən az
Vəzifələri
- Yasamal Alpaqut Filialının məşqçisi
İdman bioqrafiyası
11 yaşımdan karate ilə idmana başlamışam. 2008-ci ildən kombat ciu-citsu, 2018-ci ildən həm də Braziliya ciu-citsusu (BJJ) ilə məşğul olmuşam.
Alpaqutla 2018–2019-cu illərdə tanış olmuşam. 2026-cı ilin əvvəlindən Tural Yəhyayevin dəvəti ilə məşqçilik edirəm.
Bütün yaş qrupları ilə işləyirəm. Məşqdə idmançının fiziki sağlamlığı və texniki bilikləri ilə yanaşı, təhsilini davam etdirməsinə, etik davranışına, dünyagörüşünün genişlənməsinə, idman mədəniyyətinə, gənclərə milli və dövlət ənənələrimizin aşılanmasına üstünlük verirəm.
Nailiyyətlər
- Kombat ciu-citsu, Braziliya ciu-citsusu, kunq-fu (sanda), qarışıq döyüş növləri və kikboksinq üzrə dəfələrlə respublika və beynəlxalq yarışların mükafatçısı
TəhsilAzərbaycan Dövlət Dəniz Akademiyası: «Dəniz texnikası və texnologiyası mühəndisliyi» (bakalavr, 2011–2015); «Gəmi energetik qurğularının istismarı mühəndisliyi» (2025-ci ildən)
Bu məşqçiyə yazıl

